Print Friendly, PDF & Email

 

 

 

 

 

 

 

 

 

Dünən bir neçə reket sayt, pul müqabilində şərəflərini satanlar yazıblar ki, guya Binəqədi məhkəməsində hakimlə və Hafiz Hacıyevin nümayəndəsi ilə dalaşmışam və hakimin şikayəti əsasında axşamdan həbs olunmuşam (link şərhdə). Gördüyüm odur ki, şərəfsizlər vasitəsi ilə haqqımda tədbir görməmişdən əvvəl fikir formalaşdırılır, ictimai rəy öyrənilir. İndi isə dünən baş verənlərdən yazım.
H.Hacıyevin cinayət məsuliyyətinə cəlb olunması üçün Nərimanov rayon məhkəməsinə ünvanladığım ərizəm 7 dəfə baxışa təyin olunduqdan sonra qəflətən Binəqədi məhkəməsinə göndərildi.

Dünən ikinci baxış idi, hakimin qanunsuz tələbi ilə (nümayəndəm olmasına baxmayaraq) özüm də getmişdim. İşə baxış saat 9.00-a təyin olunmuşdu. Saat 9.25-də hakimin İlkin adlı köməkçisi zala daxil olub bizim gəldiyimizi, qarşı tərəfdən isə heç kimin olmadığını gördükdə şəxsən mənə “indi hakimə deyəcəm, gələcək” deyib çıxdı. Təxminən 20 dəqiqədən sonra hakimin katibi, Teymur adlı birisi gəlib bildirdi ki, artıq işə baxılıb və prosesə gəlmədiyimizdən ərizəm rədd edilib.

Nə qədər tələb etsəm də hakim zala gəlib izah vermədi. Məhkəməni bazara çevirmiş sədr də məni qəbul etməkdən imtina etdi. Ondan sonra isə işə, oradan da evə gəlmişəm. Bu vaxta qədər də heç kim məni narahat etməyib.

Əminəm ki, baş verən murdarlıqlara görə hamı cavab verəcək.

Müəllif :Hüquqşünas Aslan İsmayılov

euroasia-news.com

Ulduz, Paris, 13.10.2017