Azərbaycanlı jurnalist, publisist-naşir Mirzə Xəzər yanvarın 31-də Münhendə dünyasını dəyişib…

Mirzə Xəzər 1987-ci ildən Almaniyanın Münhen şəhərində yaşayır. O, 1990-cı il 20 Yanvar faciəsi zamanı Azərbaycanı informasiya blokadasından xilas edərək həqiqətləri bütün dünyaya çatdırıb.

O, BDU-in hüquq fakültəsindən məzundu…

Mirzə Xəzər 1987-2003-cü illərdə “Azadlıq Radiosu”nun Azərbaycan redaksiyasının direktoru vəzifəsində işləyib.

Avropaninsesi.com saytının redaksiya heyəti ayrı-ayrı dönəmlərdə “Azadlıq” və “Amerikanın Səsi” radiolarının Azərbaycan bürosuna rəhbərlik etmiş tanınmış jurnalist Mirzə Xəzərin vəfatı ilə bağlı onun ailə üzvlərinə və doğmalarına başsağlığı müraciəti ünvanlayıb.

Müraciətdə deyilir:“Azərbaycan xalqının dəyərli oğlu Mirzə Xəzərin vəfatı bizi dərindən kədərləndirdi. 20 Yanvar faciəsi baş verərkən Bakıda radio, televiziya və qəzetlər susdurulduğu günlərdə Azərbaycanı informasiya blokadasından xilas edən, sovet qoşunlarının Bakıda törətdiyi qanlı cinayət əməllərini, Azərbaycanın və dünya ilə əlaqəsi kəsilmiş Azərbaycanlıların haq səsini dünyaya çatdıran, Azərbaycan xalqının istiqlal və öz torpaqları uğrunda mücadiləsinin əsl mahiyyətini dünyaya təqdim edilməsində böyük xidmətləri olan Mirzə Xəzərin işıqlı xatirəsi hər zaman qəlbimizdə yaşayacaq.
Allah rəhmət eləsin!”

 

Avropaninsesi.com

Fransa, Paris, 02.02.2020

 

 

 

Print Friendly, PDF & Email