elshadalawprof@gmail.com

Torgul Nərimanbəyov: ’’ABU-da olduqca təlantlı və istedallı rəssamlar yetişib, ABU Rəssamlıq Akademiyasıdır. –  87-ci illiyi – Elşad Abdullayev

Bu gün dahi sənətkarımız Togrul Nərimanbəyovun  87 illik dogum günüdü.Togrul Nərimanbəypv  7 avqust 1930-cu ildə Bakı şəhərində anadan olan, 2  iyun 2013-cü il tarixindən Fransada dünyasını dəyişib və Parisin mərkəzində yerləşən Passi qəbiristanlığında dəfn olunub… Allah dahi sənətkarımıza rəhmət eləsin, məkanı cənnət olsun,  ruhu şad olsun !

Torgrul Nərmanbəyov Azərbaycanın sərhədlərini aşmış sənətkardı, o, dünya səntkarıdı. Buna gərədə o, rəssamlıgın Məkkəsi olan Paris şəhərində yaşayıb-yaradıbƏ fikrimcə Paris həm də dünyanın elm-mədəniyyət paytaxtıdır.  Çox təəsüf ki, bizdə tanınmış adamlara saglıgında lazımı qiymət verilmir, dünyasını dəyişəndən sonra başalayırlar axtarmaga.

Mən çox şadam ki, Togrul Nərimanbəyovu yaxından tanımışam … O, Azərbaycan Beynəlxalq Universitetində (ABU) Rəssamlıq fakültəsinin dekanı Xalq rəssamı Rafiq Mehdiyevlə dostluq edirdi.ABU-in Rəssamlıq fakültəsiində həmçinin tanınmış rəsamlar da iştirak edirdilər: Tahir Salahov, Ömər Eldarov, Rafiq Əziz və s. O, hər Bakıya gələndə ABU-in Rəssamlıq fakültəsinin dekanlıgına baş çəkirdi. Bu səbəbdən də onun tələbələrlə görüşünü təşkil edrdik və Rəssamlıq fakültəsində oxuyan tələbələrin pəsm sərgisində iştirak edirdi və bilvasitə tələbələrin   işləri ilə tanış olurdu. Torgul Nərimanbəyov deyirdi ki, ABU-da olduqca təlantlı və istedallı rəssamlar yetişib, ABU Rəssamlıq Akademiyasıdır. Bununüçündə Universitetin maddi bazası vardı, V korpusun birinci mərtəbəsində tez-tez tanınmış rəssamların ABU sərgisində əsərləri nümayiş etdirlirdi…Bilirsiniz, rəssamlıq başqa bir bir sənətdir, onu başqa sənətlərlə qarışdırmaq olamaz. Rəssamlıq daha ciddi sənətdir…

ABU-in Rəssamlıq fakültəsində Elmi Şuranın qərarı ilə hər il bir istedallı tələbənin adına Togrul Nərimanbəyov adına təqaüd verilirdi…

Xatırlatmaq istəyirəm ki, Torgul Nərimanbəyov olduqca hümanist  və azərbaycançı şəxsiyyət idi. O, daimi olaraq Daglıq Qarabag dərdi ilə yaşayırdı, tez-tez bu mövzuya dönə-dönə qaydırdı. Özü ehtiyac içərisində yaşamasına baxmayaraq həmişə ABU-da təhsil alan Daglıq Qarabagdan olan qaçqın tələbəərə maddi-mənəvi yardım edirdi…

Dünya şöhrətli rəssamın babası və atası Şuşalı olub. Atası Fərman işlə bağlı olaraq sonradan Almaniyaya göndərilib. Daha sonra Fransanın Tuluza şəhərində təhsil alıb. Sonra isə Azərbaycana qayıdıb mühəndis kimi çalışıb və Mingəçevir su-elektrik stansiyasının əsasını qoyanlardan birinə çevrilib. 1937-ci ildə isə atası repressiya qurbanı olub.

Bu üzdən görkəmli rəssamın içində Şuşa həsrəti vardı. Düşmən əlində qalan torpaqlarımıza bir neçə əsər də həsr etmişdi. Söz düşəndə “Şuşa bir möcüzədir, bizim möcüzəmiz. Şuşanı unutmaq, oranın gözəl təbiəti üçün darıxmamaq mümkün deyil. O zamanlar vaxt tapan kimi ilk növbədə Şuşaya gedib Şuşanın gözəlliyindən ilham alırdım. Əminəm ki gec-tez ədalət bərpa olunacaq, torpaqlarımızı geri qaytaracağıq. Dünya birliyi Qarabağın kimə məxsus olduğunu yaxşı bilir. Torpaqlar öz yiyəsinə qaytarılmalıdır” deyirdi. Uşaqlıq illərində Şuşanın hər qarışını addım-addım gəzən rəssam Şuşaya qonaq kimi getmək fikrindən də uzaq idi: “Şuşaya qonaq kimi getmərəm, oranın sahibi kimi gedəcəyəm. Bu cür səfərlərdə belə çıxır ki, onlar Şuşanın sahibi, biz isə qonağıq. Axı ora bizim torpağımızdır. Şuşa bizimdir, bax, bunu dünyaya çatdırmalıyıq. Ancaq mənə hələlik Şuşaya getmək təklif olunmayıb. Bəlkə də daha çox xaricdə olduğum üçün məni dəvət etmirlər. Şuşa bizimkidir və torpaq sahibinin olmalıdır. Şuşa qaytarılsa, gedib orada yaşayacağam. Şuşadan gözəl şəhər tanımıram…” -deyə bildiririb…

Mən və Avropaninsesi.com saytının kollektivi Azərbaycanı dünyaya tanıtmış Xalq rəssamı Togrul Nərimanbəyovun 87 illiyini qeyd edir və qeyrət simvolu olan Sevil xanımı təbrik edir, can sağlığı və uzun ömür arzu edirik …!!!

Xatırlatmaq istəyirəm ki, sabah – 07 avqust 1930-cu il tarixində Togrul Nərimanbəyovun anadanolma gündü …

Daha ətraflı bax avropaninsesi.com:

Xalq rəssamı Togrul Nərimanbəyov;  Xalq rəssamı Tahir Salahov;  Xalq rəssamı Mikayıl Abdullayev;  Xalq rəssamı Ömər Eldarov; Xalq rəssamı Rafiq Mehdiyev – Azərbaycan Beynəlxalq Universitetinin Rəssamlıq fakültəsinin dekanı;  Azərbaycan rəssamları…

info@avropaninsesi.com

ABU rektoru , hüquq professoru Eşlad Abdullayev

Fransa, Paris, 08 avqust 2017

Video:

 

 

 

Print Friendly, PDF & Email