Print Friendly, PDF & Email

 

 

 

 

 

 

 

Fransa prezidenti Emmanuel Makron amerikalı həmkarı Donald Trampın beynəlxalq hüquq və BMT qətnamələrinə zidd gedərək Yerusəlimi İsrailin paytaxtı kimi tanıması barədə qərarıns təəssüf hisssi ilə qarşılayıb.

Bunu Makron Əlcəzairdə və BMT-dəki keçirilən mətbuat konfransında bildirib.

“Bu qərar təəssüf doğurur, o, beynəlxalq hüquqa və BMT qətnamələrinə ziddir, Fransa bunu təqdir etmir”, — deyə o əlavə edib.

Makron qeyd edib ki, Yerusəlimin statusu məsələsi İsrail və Fələstin arasında dialoq yolu ilə həll olunmalıdır.