COVID-19 pandemiyasının uzunmüddətli nəticələri cəmiyyətin bir çox fərqli sahəsindəki böhranlar olacaq.

Bunu Dünya Sağlamlıq Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus Dubay səlahiyyətlilərinin təşkil etdiyi virtual sammitdə söyləyib.

Mütəxəssis qlobal epidemiyanın hələ böyümə mərhələsində olduğunu bildirib. O, qeyd edib ki, pandemiya yalnız səhiyyə sektorunun çökməsinə səbəb olmayıb. Bu, həm iqtisadi, həm sosial, həm də bəzi ölkələrdə siyasi böhranlarla nəticələnib.

“Pandemiyanın təsiri on illərlə hiss ediləcək”, – baş direktor yekunda sözlərinə əlavə edib.

Print Friendly, PDF & Email