Print Friendly, PDF & Email

 

 

 

 

elshadalawprof@gmail.com

 

Без названия

Hüquq və Azadlıqların Müdafiəsi İnstitutunun (HAMİ) rəhbəri, tanınmış vəkil  Elçin Namazov

Vəkil Elçin Namazov  8 yanvar 2013-cü il tarixində PA-ın rəhbəri Ramiz Mehdiyevin  rüşvət alması faktı haqqında  Baş Prokurorluga  şikayət etməsi barədə  məlumat ictimailəşdiildikdən  az sonra… – Zorən mühacirat

Hüquq və Azadlıqların Müdafiəsi İnstitutunun (HAMİ) rəhbəri, tanınmış vəkil  Elçin Namazovun həyatı  təhlükə ilə üzləşdiyi üçün ölkəni tərk etmək məcbiriyyətində qalıb. O, dogma vətənindən didərgin salınaraq zorən xarici ölkəyə sürgün edilib…!

Elçin Namazov Prezident Admnistrassiyasının rəhbəri Ramiz Mehdiyevin növbəti hədəfinə çevrildi …!

Снимок экрана 2017-03-21 в 23.25.27

Tanınmış vəkil Elçin Namazov bildirib ki, mənim 8 yanvar 2013-cü il tarixində Prezident Admnistrassiyasının rəhbəri Ramiz Mehdiyevin “Gülərqeyt” cinayətinə görə rüşvət alması haqqında Azərbaycan Baş Prokuroru Zakir Qaralova   şikayət etməyim barədə mətbuatda məlumat verildikdən az sonra,  KQB (Milli Təhlükəsizlik Nazirliyi) onun barəsində fiziki məhvetmə əməliyyatına başlayıb… Deməli, şahid yoxdursa, cinayətdə yoxdur. Necə ki, Ramiz Mehdiyev tərəfindən cinayətin yeganə şahidi Sevinc Babayeva  qətlə yetirildi. Sevinc Babayevanın oglu Ayxan Babayev də cinayətə təhrik edilərək saxta ittihamlarla 15 il həbs olundu, buda onun ölümünə bərabərdi…

“Həmin gün MTN əməkdaşları HAMİ-nin aparıcı üzvlərindən birinə zəng edərək görüşə dəvət ediblər. Görüşdə MTN-nin 3 əməkdaşı iştirak edib. HAMİ üzvünə təklif olunub ki, mənim əleyhimə hazırlanan əməliyyatda iştirak etsin. Əməliyyat barədə HAMİ üzvünə deyiblər ki, sən Elçin Namazovla birgə rüşvət aldığın barədə bizə məlumat verəcəksən, biz də sənə toxunmayıb onu həbs edəcəyik. Üzvümüz təklifdən imtina edərək, bu barədə mənə məlumat verəcəyini bildirib. Bundan sonra ona bu “əməkdaşlığın” qarşılığında avtomobil verəcəklərini bildiriblər. Lakin o razılaşmayıb. Bundan sonra danışıqlar iyrənc formaya – KQB sayagı hədə-qorxuya keçib. Hələlik bunu açıqlamaq istəmirik”.
Elçin Namazov bildirib ki, əməliyyatı icra edən şəxsin kimliyi ona məlumdur: “Bu şəxsin kimliyi bütün detalları ilə bizə məlumdur. Hələlik yalnız onu açıqlamaq istəyirəm ki, həmin şəxs icra başçılarından birinin qardaşı oğlu, həmçinin nəqliyyat naziri Ziya Məmmədovun yaxın qohumudur”.

HAMİ rəhbəri qeyd edib ki, əməliyyatın Ramiz Mehdiyev barədə edilən müraciətə görə hazırlanmasını MTN işçilərini özləri deyiblər: “Onlar təklifin qəbul ediləcəyinə əmin olduqlarından bütün detalları danışıblar. Çünki təklif gətirən MTN işçisi üzvümüzün qohumudur. Onlar deyiblər ki, Ramiz müəllimdən şikayət etmək nədir, Sizə göstərəcəyik”.

Elçin Namazov həmçinin bildirib ki, MTN-nin onun barəsində əməliyyata hazırlaşmasına dair başqa məlumatları da var: “Hazırda bu məlumatları dəqiqləşdirirəm və yaxın günlərdə bu barədə ictimaiyyətə dolğun məlumat verəcəm”. Audieo:

Ardı var … 
22.03.2017

Daha ətraflı avropaninsesi.com:
Ramiz Mehdiyev;  Kəmalə Mehdiyeva; Qalina Yuryevna;  Gülərqeyt; Gülər Əhmədova;  Elçin Namazov;  Sevinc Babayeva;   Sevinc Babayevanın oglu Ayxan Məmmədov;  Səlcuq  Aglayan;  Əli Həsənov; Hilal Əsədov;
Dəyanət Rzayev;  Mahir Abdullayev;  Əvəz Zeynallı;  Əli İnsanov;  Mirzə Novruzov;  Eldar Namazov;  Hurəddin Hüseynov; Adil İsmayılov;  Aslan İsmayılov;   Asif Mərzili;  Fikrət Əliyev;  Akif Çovdarov;  MTN İşi; Polis İşi…
info@avropaninsesi.com

 

Снимок экрана 2017-02-08 в 17.29.22

Снимок экрана 2016-12-16 в 23.34.54