Print Friendly, PDF & Email

 

 

 

 

 

 

Noyabrın 15-də Moskva Şəhər Məhkəməsi Moskvanın Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılovun barəsində qiyabi həbs qərarından şikayətə baxıb. Məhkəmə şikayəti təmin etməyib və əvvəlki instansiyanın qərarını qüvvədə saxlayıb.

APA-nın məlumatına görə, Telman İsmayılovun vəkili Marina Razina bildirib ki, beynəlxalq axtarışda olan müvəkkili  heç vaxt gizlənməyib. O, son üç ildə Türkiyədə yaşayıb.

Vəkili deyib ki, onun xaricdə olması ilə bağlı xəbər Rusiyada deyil, uzun illər xaricdə yaşamasına əsaslanır. Son üç ildə daimi olaraq Türkiyə ərazisində yaşayıb.

“Bu məqam istintaqa məlum idi. Belə ki, Telman İsmayılov istintaqın sorğusunda xarici pasportunun nüsxəsi ilə öz ünvanını dəqiq göstərib”- M.Razina vurğulayıb.

Noyabrın 13-də Telman İsmayılov 2 nəfərin qətlinin təşkilində şübhəli bilinərək beynəlxalq axtarışa verilib. Məhkəmə onun qiyabi həbsi barədə sanksiya verib.

T.İsmayılov sahibkarlar Vladimir Savkin və Yuri Brilyovun qətlində təqsirləndirilir. Hadisə 2016-cı  ilin mayında baş verib. Ticarət komplekslərinin sahibi Vladimir Savkin və “Lublino motors”un təsisçi Yuri Brilevin qətlə yetiriliblər.

İsmayılov və onunla əlbir olmaqda təqsirləndirilən Mehman Kərimova “iki və daha artıq şəxsin öldürülməsi” maddəsi ilə ittiham irəli sürülüb.

Vəkil deyir ki, T.İsmayılov ittihamı qəbul etmir.

T.İsmayılov həm də qanunsuz silah dövriyyəsində təqsirləndirilir.

Ötən ilin yazında baş verən qətl hadisələri ilə bağlı Telman İsmayılova məxsus 12 ünvanda yoxlamalar həyata keçirilib, onun qardaşı Rafiq İsmayılov həbs edilib.