Qərarda deyilir ki, “ərizəçi Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin maraqlı şəxs www.anews.az, www.publika.az və www.aznews.az internet informasiya ehtiyatlarının sahiblərinə qarşı internet informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması haqqında mülki işə baxaraq qət etdi:

www.anews.az, www.publika.az və www.aznews.az internet informasiya ehtiyatlarının sahiblərinə qarşı internet informasiya ehtiyatlarına müraciət dərhal məhdudlaşdırılsın.

Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Anews.az saytından bildirilib ki, onların bu və ya digər formada Əli Həsənovla hər hansı bağlılıqları olmayıb.

BAKU.WS

 

 

 

Print Friendly, PDF & Email