yagubovg@mail.ru

Dünya Sair və Yazıcılar İttifaqının sədri Qaraxan Əkbəroglu, Vyana

İNANMA

 

         Həyat bizi yaman sınağa çəkdi,

         Könlüm, bir də şeytanlara inanma.

         Dara düşməyincə ömür boyunca,

         Nə bir dosta, nə də yara inanma.

 

         Namərdlər insanı hər an satarlar,

         Vicdansızda olmaz namus, qeyrət, ar,

         İlk fürsətdə kürəyindən vurarlar,

         Şirin dilli yaltaqlara inanma.

 

         Özünü dünyada ağıllı sanıb,

         Kim hər şeyi öz vədəsində anıb,

         Şan- şöhrətə, tamahına aldanıb,

         Heç kimə qalmayan vara inanma.

 

         Tamahkarlar neçə plan çəkiblər,

         Nefti daşımağa boru çəkiblər,

         Qaraxana nankorlar dağ çəkiblər,

         Bir də daha alçaqlara inanma.

        

        

            

 

 

Print Friendly, PDF & Email