Print Friendly, PDF & Email

 

 

 

 

 

 

zlegat@gmail.com

 

 

Xaricdə yaşayan Azərbaycan vətəndaşlarının Əliyev rejiminin təzyiqlərinə məruz qaladıqlarına görə  aşağıdakı sualları cavablandırmağınızı xahiş edirik ! – Əlövsət Əliyev
Xaricdə yaşayan soydaşlarımızın hakimiyyəti tənqid etdiyinə  görə Azərbaycan hakimiyyəti tərəfindən üzləşdiyi problemlər haqqında ayrı-ayrı KİV-lərdə və sosial şəbəkələrdə davamlı məlumatlar dərc edilir və ya paylaşır. Bu sahədə baş verənlərə aydınlıq gətirilməsi məqsədi isə, Azərbaycan Respublikasının hüdudlarından kənarda məskunlaşan soydaşlarımıza onların siyasi fəaliyyətinə görə müxtəlif yollarla göstərilən təzyiqlər,  Azərbaycanda yaşayan ailə üzvlərinin və yaxınlarının  qanunsuz həbsləri, təqiblərə məruz qalmaları, vəzifədən çıxarılmaları ilə bağlı məlumatlar toplamaq, baş verənlərin qanunvericilik baxımından təhlilini aparmaq, hazırlanmış hesabatı  geniş ictimaiyyətin və beynəlxalq təşkilatların nəzərinə çatdırmaq məqsədilə hesabat üzərində işləyirik.  Xaricdə fəal siyasi fəaliyyətlə məşğul olan, davamlı olaraq hakimiyyətin apardığı siyasəti tənqid edən   şəxs kimi aşağıdakı sualları cavablandırmağınızı xahiş edirik:
1.        Hakimiyyət yönlü KİV-lərdə Sizi və fəaliyyətinizi gözdən salan sifarişli yazılar dərc edilibmi? Bu yazıların məqsədi  haqqında bir cümlə ilə məlumat vermənizi xahiş edirik. ( yazılara istinad etməyinizi və linki (ləri)  əlavə etməyinizi xahiş edirik.
2.       Ailə üzvlərinizə  və qohumlarınıza basqılar olubmu, hansı formada ( vəzifədən çixarmaqla hədələmə və ya vəzifədən çıxarma, inzibati məsuliyyətə cəlb etmə (xəbərdarlıq, cərimə həbs və s. ), qohumluqdan imtina haqqında bəyanatları imza etdirmək) və s.
3.       Özünüzün və ya yaxınlarınızın sərbəst hərəkət azadlığı məhdudlaşdırılıbmı (əsasını əlavə etmək, məsələn pasport verilməsindən imtina edilib, ölkədən çıxışına qadağa qoyulub və s.)
4.       Xaricdə olduğunuz müddətdə barənizdə cinayət işi başlanılıbmı,  axtarış elan edilibmi, haqqınızda  istintaq  məhkıəmə orqanları tərəfindən olduğunuz ölkəyə sorğu göndərilibmi və s.
5.        Barənizdə vətəndaşlıqdan  çıxarmaq  haqqında sərəncam olubmu və ya Azərbaycan vətəndaşlağını itirməniz haqqında məlumatınız varmi?
6.       Digər (burada qeyd olunmayan)  təklifləriniz varsa,  qeyd etmənizi xahiş edirik. 
PS. Daha kimlərə bu anketi gönderməyi tövsiyyə edirsiniz,  Fikirlərinizi yazmanizi xahiş edirəm…
Hörmətlə…,
Əlövsət Əliyev

 

Alovsat Aliyev

Geschäftsführer

Ulduz, Paris, 06.01.2018
info@avropaninsesi.com