Print Friendly, PDF & Email

 

 

 

 

 

 

 

 

Oktyabrın 11-də Avropa Şurası Parlament Assambleyası Azərbaycanda insan haqlarının acınacaqlı vəziyyətinə dair iki tənqidi qətnamə qəbul etdi. BBC-nin Azərbaycan xidməti bununla bağlı gözlənilən növbəti addımlar barədə Avropa Şurasının baş katibi Torbyon Yaqlandın sözçüsü Daniel Holtgendən müsahibə alıb.

– Azərbaycan hökuməti Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) ReAL hərəkatının sədri İlqar Məmmədovla bağlı bir neçə qərarlarını yerinə yetirməyib. Bu şəxsən sizin, insan haqları təşkilatlarının və başqa rəsmilərin narahatlığına səbəb olub. “The Guardian” qəzeti sizə istinadən hətta yazıb ki, bunlarla əlaqədar Azərbaycana qarşı “misilsiz hüquqi addım” atılmalıdır. Avropa Şurası Azərbaycanın Avropa Şurası öhdəliklərini yerinə yetirməsi üçün bundan artıq daha nə edə bilər?

– Avropada siyasi məhbuslar ola bilməz. Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını yerinə yetirməlidir. Azərbaycan ötən üç ildə bunu etmədiyinə görə bu dəfə, ilk dəfə olaraq ona qarşı Konvensiyanın 46.4 (qərarların məcburi qüvvəsi və icrası – götürülən öhdəliyin yerinə yetirib- yetirməməsi barədə Məhkəməyə sorğu göndərmək) maddəsinin tətbiqi ehtimali çox böyükdür. Aralıq qətnamə barədə qərar yəqin ki, bu ayın sonunadək qəbul ediləcək.

– Azərbaycan son bir neçə ayda siyasi dəstək müqabilində AŞPA üzvlərinə rüşvət verdiyi barədə iddialara görə tənqid olunur. Bu iddialar nə dərəcədə narahatlıq doğurur və əgər iddiaların doğruluğu üzə çıxarsa, bunun Azərbaycan və Avropa Şurası üçün hansı nəticələri ola bilər?

– Biz Avropa Şurasında korrupsiyaya qarşı sıfır dözüm prinsipi yürüdürük və buna görə də bu misli görünməmiş iddialar son dərəcə narahatedicidir. Hazırda AŞPA, baş katib Yagland-ın təklifi əsasında daxili prosedurları və kənar müstəqil araşdırmanın mümkünlüyünü nəzərdən keçirir. Beynəlxalq pul camaşırxanası iddiaları düşünməyə əsas verir ki, korrupsiya Avropa Şurasından daha uzaqlara gedib çıxır. İndiki mərhələdə belə görünür ki, hələlik Avropa Şurası bu işi araşdıran yeganə qurumdur.

– Azərbaycan prezidenti bu yaxınlarda Azərbaycanın Avropa Şurasındakı üzvlüyünün zərurətini sual altına alıb. O bunu əsas gətirib ki, Avropa Şurası Qarabağ münaqişəsinin həlli üçün heç bir tədbir görmür. Prezident iddia edib ki, AŞPA-da Azərbaycana qarşı “neqativ münasibət” mövcuddur. Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da bu narahatlıqları təkrar dilə gətirib və işarə edib ki, Azərbaycan qismən də sizin Azərbaycana dair qeydlərinizə görə təşkilatdan çıxa bilər. Bu iddialar barədə nə deyə bilərsiniz? Siz düşünürsünüzmü ki, Azərbaycanın Avropa Şurasından çıxmaq riski var və bu, Avropa Şurasının nəyin bahasına olursa-olsun önləmək istədiyi bir vəziyyətdirmi?

Məzahir Pənahovun qardaşı saxta konyak istehsalı ilə məşğuldur?

– Biz Qarabağ münaqişəsində insan haqlarının pozulmasından narahatıq, lakin bu münaqişənin həlli məsələsi ATƏT-in Minsk Qrupuna etibar edilib. Avropa Şurası ölkələri üzvlükdən qovmaq istəmir, insan haqlarına hörmət edilməsinə nail olmaq istəyir. Azərbaycanın üzvlüyünün gələcəyi də onun öz əlindədir.