Print Friendly, PDF & Email

 

 

 

 

 

Yeni demokratiya hesabatı, Azərbaycanın yeri

Mərkəzi qərargahı ABŞ-da olan “Freedom House” beynəlxalq hüquq müdafiə təşkilatı keçid dövrü ölkələrini əhatə edən demokratiya hesabatı (Nations in Transit 2018) yayıb. Novator.az-ın məlumatına görə, hesabat keçmiş SSRİ məkanı və Şərqi Avropa ölkələrində vəziyyəti qiymətləndirir.

Ölkələr hesabatda beş qrupa bölünüb.

Polşa, Çexiya, Slovakiya, Sloveniya, Estoniya, Latviya və Litva demokratik ölkələr qrupuna düşüb.

Qismən demokratik ölkələr qrupunda Macarıstan, Xorvatiya, Serbiya, Monteneqro, Rumıniya və Bolqarıstan yer alır.

Hibrid rejimlər (yarı avtoritar, yarı demokratik) qrupunda Makedoniya, Albaniya, Bosniya və Herseqovina, Kosovo, Ukrayna, Moldova və Gürcüstan göstərilir.

Ermənistan avtoritarizmə meyllənən ölkələr qrupuna salınıb.

Azərbaycan avtoritar ölkələr siyahısındadır. Onunla eyni qrupda Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistan var.