13413874_145422922541065_1993477928_n
 Onuda bildirimki, ölkənin bütün iş adamları bu faciəvi prosesisi yaşayıblar, biz isə , bizə məlum olan Mahir Abdullayevin ogurlanması cnayətinin – ABU-in  qanunsuz baglanmasının hesabatını veririk.
Bütün dünyaya bəlli olan cinayət faktından 12 il müddət keçməsinə baxmayaraq, hələ də Respublikada üstü açılmamış cinayətlər sırasında ən çox rezonans doğuran cinayət hadisəsi Azərbaycan Beynəlxalq Universitetinin (ABU) prorektoru, MTN-nin zabiti, mayor Mahir Abdullayevin hakimiyyt trəfindən  oğurlanması cinayətidir. ABU prorektoru Mahir Abdullayevin oğurlanmasından 12 il keçır…!?
MTN-nin əməkdaşı, zabiti olmasını qabartmamın səbəbi odur ki, ölkənin sıradan bir vətəndaşının oğurlanması ilə müqasiyədə MTN-nin zabitinin oğurlanmasının və bugünədək aparılan istintaq əməliyyat tədbirlərinin net olaraq bir nəticə sərgiləyə bilmədiklərinin üzərinə şübhə dolu suallar yağdırmamaq olmur. Dövlətin Milli Təhlükəsizlik Nazirliyinin mayoru, ölkənin müasir ABU-nin rektoru, tanınmış hüquq professoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin hansı səbəblərdən və  kimlər tərəfindən oğurlanması və aqibəti barədə silsilə suallar meydana çıxır.
 Öncə qeyd edim ki, vaxtı ilə təhsil aldığım və tələbə təqaüdü ilə bitirdiyim ABU-in ətrafında baş verən bütün qalmaqalların özəyi Mahir Abdullayevin oğurlanmasıl ilə birbaşa əlaqədardır. Azərbaycan diktatoru İlham Əliyevin ailə üzvüləri trəfindən ABU rektou Elşad Abdullayevin qardaşını ogurlayıb ondan ABU-ni və küllü miqdarada pul istəyirdilər. Lakin, ABU-nin  rektoru, professor Elşad Abdullayevin apardığı gizli araşdırmalar və sosial şəbəkələrdə ictimailəşdirdiyi gizli video-grüntülər  qaranlıq mətləblərin üzərinə işıq salaraq bu cinayətin arxasında yüksək rütbəli məmurların-generalların,  yüksək vəzifəli şəxslərin, hətta Prezident ailəsinədək uzanan zəncirvari hadisə olduğunu ortaya çıxartdı. Bu faktlar isə onun özünü və təsis etdiyi universitetin taleyini  birbaşa təhlükə altında qoydu. Buna görə də biz ABU məzunları ABU-in baglanmasının siyasi sifariş oldugunu hesab edirik. Belə bir addımın atılması bir daha təsdiq edirki, Mahr Abdullayevin ogrlanması və ABU-in baglanmasının səbəbkarı Azərbayca Diktatoru İlham Əliyevin ailə üzvüləridir !!!
Hadisənin qısa təfərrüatı ilə, belə desək, professor Elşad Abdullayevin apardığı araşdırmaların dili ilə desək “cinayət marşrutu”a nəzər salmağımız hadisələri düzgün fonda təsəvvür etməmiz üçün labüddür.
        2003-cü ilin oktyabr ayının 13-də  Azərbaycanda keçiriləcək “Prezident Seçkiləri” ərəfəsində xidməti vəzifəsini yerinə yetirən Mahir Abdullayev itkin düşür. İzsiz-tozsuz. Təbii ki, heç bir ip ucu olmadan, şübhə yeri belə olmadan hadisəni haradan və ya necə araşdırmağa başlamaq mümkün deyildi. Mahir Abdullayevin yaxınları və əlaxüsus da rektor Elşad Abdullayev qardaşının başına gətirilən hadisə ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verirlər. Lakin, hadisədən az bir müddət sonra gizli gələn məlumatlar və zənglərdən Mahir Abdullayevin sağ olduğu və onun azadlığı qarşılığında külli miqdarda məbləğ  tələb olunduğu məlum olur. Kimlərin bu cinayətdə ixtiyar sahibləri olduğu qaranlıq qalır.
        İlkin istintaq araşdırmaları göstərir ki, Mahir Abdullayev oğurlandığı gün ölkədə tanınmış müğənni Mətanət İsgəndərlinin evində olmuş və iki şəxsdən başqa mənzildə müğənninin bir neçə yaxın qohumları da olmuşdur. Lakin, bir müddət sonra bu şəxslərin cinayət istintaq araşdırmalarından kənarda qalmaları sanki, bunlara görünməyən himayənin olduğunu xəbər verir (DİNaziri Ramil Usubov və MTN genealı Hilal Əsədov).
         Prof. Elşad Abdullayevə qardaşının axtarılıb tapılması ilə bağlı yüksək vəzifəli məmurlardan, prokuratura mənsublarından təkliflər gəlirdi.  Fəqət bu “xidmətlər” müəyyən məbləğin ödənilməsi qarşılığında təklif edilirdi. Mən hələ dövlətin vətəndaşın təhlükəsizliyinə etinasız yanaşdığından danışmıram. Söhbət, MTN-nin zabitinin aqibətindən və Onun tapılması istiqamətində yüksək vəzifə sahiblərinin, hansı ki, özlərini “Ailə”yə (Prezidentin yaxın ətrafı)  yaxın adam kimi təqdim edərək onların göstərişləri ilə hərəkət etdiklərini  bəyan edənlərin, Elşad Abdullayevdən külli miqdarda pul tələb edərək imza atdıqları və rahatlıqla bu cinayəti ört-basdır etməyə çalışdıqları acınacaqlı, faciəvi bir vəziyyətdən danışıram.
       Müxtəlif vaxtarda prof.Elşad Abdullayevdən rəsmi, notarial qaydada külli miqdarda pul alınmışdır. Bunun nəticəsində isə Elşad Abdullayevə yalan dolu vədlərdən savayı bir nəticə verilmədiyi təqdirdə Elşad Abdullayev adekvat addımlar atmağa məcbur olur. Beləki, aidiyyatı qurumlara təkrar şikayətlər, dövlət başçısına və onun xanlımına müraciətlər sonuc vermir. Nəticə, getdikcə gərginləşir…, Mahir Abdullayevin hamıya məlum ogurlanması cinayəti ’’Qordi düyü”nünə çevrilir !
       Törədilmiş cinayətin bünövrəsində hakim dairələrin təpədən-dırnağa əlbir olduğu bir cinayət mənzərəsi ortaya çıxdığı üçün ictimai rəyi yayındırmaq və Elşad Abdullayevi “zərərsizləşdirmək” planı ortaya atılır. Prezident Administrassiyasnın rəhbəri Ramiz Mehdiyevin göstərişilə Milli Məclisin millət vəkili olan Gülər Əhmədovaya Elşad Abdullayevin Parlament seçkilərində qələbəsinin qarşısını amaq məqsədi ilə ABU rektoruna qarşı beynəlxalq status almış ’’Gülərqeyt” cinayətini edir. Qısa desək, bu qədər əlində faktı olan şəxsi ailəyə buraxmaq ağılsızlıq olardı. Növbəti addım isə Elşad Abdullayevdən mülkiyyət sənədlərinin tələbi idi. Elşad Abdullayev ABU-ni ya könüllü surətdə ya da zor gücünə və şantaj gücünə təhvil verməli idi. Bununla razılaşmayan rektor vəziyyətini daha ağırlaşdırırdı. 2010-cu ildə ABU-nin lisenziyasının ləğvi ilə Azərbaycan hakimiyyət  ABU-nin rəsmi fəaliyyətinə xitam verdi. Atalar demiş: “Var idi hər yarağımız, qalmıışdı saqqal darağımız.” Universitet rəhbərliyini kütləvi korrupsiya halları  ilə ittiham edən hakimiyyət görəsən ümumi təhsil sistemində mövcud olan daha da faciəvi durumdan, dövlət universitetlərindəki korrupsiyadan, saxta diplom satışından, TQDK-nin fırıldaqlıqlarından xəbəri var idimi? Ümumiyyətlə azərbaycanın iqtisadiyyatında, səhiyyəsində, təhsilində və bütün sahələrində korrupsiyanın ümumi idarəetmə sisteminin bünövrəsinə çevrildiyini görmürdülərmi və yaxud indi də görmürlərmi? Azərbaycan diktatoru İlham Əliyevin ailə üzvülərinin Xarici Ofşor  İmperiya Banklarındakı xalqdan ogurlanmış milyardları görmürlərmi!? Bu da bir başqa mövzudur.
       Bəli, beləcə ABU-nin lisenziyasının ləğvi azlıq edirmiş kimi bir də universitetin müəllim heyətinin əksəriyyətinin cinayət məsuliyyətinə cəlb edilməsi ilə Elşad Abdullayevdən qisas almağa davam edilirdi. Əksəriyyər müəllimlərə 8-10 il azadlıqdan məhrum etmə cəzası kimi ağır saxta ittihamlarla hökm oxunur.
Məsələnin ən maraqlı tərəfi isə odur ki, ABU rektoru Elşad Abdullayevə qarşı bütün saxta fabrikovat olunmuş cinayətlər çox rahatlıqla komuflyaj olunurdu. Necə deyəllər: “Həm güclüyəm, həm haqlı”. Sanki, klassik italiya mafiya filmlərindəki kimi. Kənardan bütün hadisələr “Sprut” filmini xatırladırdı.
        Artıq, hakimiyyət nümayəndələrinin Elşad Abdullayevə qarşı  atılacaq addımlarının faciəvi sonluğunu görən Elşad Abdullayev daha da sərt ifşa və tənqidi addımlar atmağa davam edir. Nəticədə hakim dairələrdə bu tənqid, ifşa və biabırçılığın dayandırılmasının yeganə yolu Elşad Abdullayevin fiziki məhvində, ən rəhmani halda isə həbs edilməsində tapıldı. Onun həyatına qarşı olan bir neçə uğursuz sui-qəsddən canını qurtatran ABU rektoru Elşad Abdullayev yeganə düzgün çıxış yolu kimi  ölkəni tərk edir, Fransaya sıgınır.
        2013-cü ildə, ABU-in  və  Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsi və İctimai Təhqiqat Komissiyası təsis edilir. Komitənin məqsədi, adından bəlli olduğu kimi, qanuni və rəsmi şəkildə ABU-in və Mahir Abdullayevin hüquqlarının müdəfiəsi olmuşdur. Yəni, Elşad Abdullayevin rəhbərliyi ilə təsis edilmiş bu Hüquq Müdafiə Komitəsi onun mübarizəsinin davamı kimi qiymətləndirilirdi.
 ABU rektoru Elşad Abdullayevin Avropa İnsan Haqlarının Müdafiə Məhkəməsinə (Strasburg Məhkəməsinə) çox saylı şikayət və rəsmi müraciətlər etdi… Buna baxamayaraq,  Azərbaycan Despotik Diktatura rejimi Elşad Abdullayevin şikayətlərinə məhəl qoymadan, gizli polis rejiminin ənənəvi üsuluna keçdi. Komitə üzvlərinə qarşı terror, təhdid və hədləri aktivləşdirdi.…
        2013-cü ildə  Mahir Abdullayevin HMK-in sədri professor Zülfü Babayev izsiz-tozsuz yox olur, 5-6aydan sonra  KQB-in qorxunc killeri Akif Çovdarovun gizli həbsxanasında müəmmalı şəkildə vəft edir. Verilən yekun saxta məlumat isə onun ölümünün yeganə səbəbi infarkt kimi qeyd olunurdu. Lakin, məncə ən sadəlövh insan belə bu versiyanı qəbul etməz.
Digər bir komitə üzvü, rektor Elşad Abdullayevin keçmiş mühafizə xidmətinin üzvü Ramin Qədimov da  2013-cü ilin oktyabr ayında Bakının Suraxanı rayonu ərazisində, avtomobildə ölü tapılır. Onunda saxat ölüm səbəbi ürək çatışmamazlığı, başqa dillə desək guya narkotika, tiryək istifadəsi səbəbindən.  Halbu ki, hamı bilirki, Ramin Qədimov nə içki, nə də tütün qəbul etmirdi və mütəmadi olaraq idmanla məşğul olurdu. Bu versiya da absurddur. Raminin anası çeçen , atası da Azərbaycanlı idi. İlk Çeçen savaşında atası qəhrəmancasına həak olmuşdu, anasıda pedeqoq idi.Biz bilirdikki, ABU rektorunun mühafiə xidmətinin rəhbəri Ramin Qədimov həmşə saglam həyat tərzi keçirən birisi idi…
        Keçək digər repressiyalara. Bu ərəfədə Elşad Abdullayevin qardaşı oğlu, Qarabağ müharibəsi iştirakçısı , Siyasi Məhbus Mübariz Abdullayev qanunsuz və saxta ittihamlarla həbs edilərərk 10 il azadlıqdan məhrum edilir. Elşad abdullayevin digər yaxınlarının mülkləri qəsb edilir, evlərində kütləvi mütəmadi yoxlamalar aparılır, rektorun qayınatası akademik Hüseyn Əhmədovun evində belə yoxlamalar aparılır. Elşad Abdullayevin digər qardaşı Eldəniz Abdullayev Gülər Əhmədova tərəfindən Ramiz Mehdiyevə mənsub Qurd Qapısı rsoranında həmən ərəfələrdə zəhərlənərək iflic edilir, əmək qabiliyyətini itirir.
         Komitənin digər üzvləri isə, içi mən daxil, daimi təqib, təhdid və təzyiqlərə məruz qalırdılar. Beləki, hakimiyyətin prof. Elşad Abdullayevlə apardığı “müharibə” taktikası bu məsləyə yaxından-uzaqdan aidiyyatı olan hər kəsi hədəfə almaqdan çəkinmirdi, szün həqiqi mənasında 37-ci ilə repressiyalrından da betər təzyiqlərə məruz qaldıq… Bunun üçün hətta xüsusi dəstənin olması da sirr deyil. Bu dəstənin kimlərə, hansı nazirliyə və ya kimə tabe oması da  maraqlididır. Onlar üçün şantaj, fizki likvidasiya, qanunsuz şərləməklə həbs, zəhərləmə, böhtan atma kimi tədbirlər çətin deyil.
         Komitənin yəni sədri, Elşad Abdullayevin yaxın qohumu (bacısı oğlu) Azad Mürsəlovu isə ölkədən çixmağa məhdudiyyət qoymaqla nəzarətdə saxlayırlar. Yəni, 18 il ölkənin müdafiə naziri olmuş bir şəxs istefa verdikdən sonra ölkəni rahatlıqla tərk edib xarici ölkədə yaşaya bilər, amma bir Hüquq  Müdafiə Komitəsinin  sədri ölkəni tərk edə bilməz çünki, çox məlumatlıdır. Gülüncdür, deyilmi !?
          Bugünkü günə qədər dünya çapında müasir təhsil müəssəsi kimi tanınan ABU-in  bağlı vəziyyətdə, istismarsız halda qalmaqdadır… Bu illər ərzində ABU-in təsisçisi Elşad Abdullayevə dəymiş maddi-mənəvi ziyanı kimlər ödəyəcək ! Artıq, bütün dünyaya məlum olan Mahir Abdullayevin ogurlanması cinayəti   barədə  bilavasitə hüquqi msuliyyəti Azərbaycan diktatoru İlham Əliyevin ailə üzvüləri daşıyır… Onun ailə üzvülərinin bu illər yaşadıgı acıların məsuliyyətini kim daşıyacaq !? Axı, İlham Əliyev Prezident seçiləndə 3 dəfə əlini müqəddəs Qurana basıb ki, mən hər bir Azərbaycanlının hüquqlarını, təhlükəsizliyini qorumaga borcluyam…Amma, reallıqda əksini gördük, cənab İlham Əliyev! Siz, xalqı deyil,  mütəşəkkil cinayətkar şəbəkəyə himayədarlıq etdiniz !
Yüzlərlə  şikayətə-maddi sübutlara baxmayaraq, Azərbaycan Diktatoru İlham Əliyev cinayəti acmaq əvəzinə, zərərçəkmişdən qisas alıb !!! Cinyət ortaddaır, cinayəti edəndə məlum, cinayətin məkanı da məlumdur! Lakin, yüzlərlə şikayətə baxmayaraq Azərbaycan Diktatoru İlham Əliyev cinayəti acmaq əvəzinə, zərərçəkmişi cəzalandırıb !!! Cinayətkar xidmətlərinə görə də cinaytkarlar mükafatlandırılıbdır. Gəlin, belə bir “toleyrant” ölkədə yaşayın görüm !? Dəhşətdir! Vallah! Göydən Allah baxır, hər şeyin yaxşısını böyük Allah bilir, İlham Əliyev !
11084238_830600930366274_8309065780337861103_n
Ardı var…14433223_1630140487284814_3539795505268509975_n

Səbri Quliyev

ABU-in  və Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsinin üzvüAvropaninsesi.com,  Hesabatdan çıxarış, 17 iyun 2015

        

Print Friendly, PDF & Email