Print Friendly, PDF & Email

 

 

 

 

 

Saray qəsəbəsində Zülfüqarlı qardaşlarına məxsus polad istehsalı sexində partlayış baş verib

İlkin məlumata görə, kəsim prosesi zamanı içərisində yanacaq olan dəmir çən partlayıb. Nəticədə, sexdə çalışan fəhlə – Masallı sakini Ağamalı Qurbanov həlak olub.

Virtualaz.org-da olan informasiyaya görə, faciəvi hadisənin baş verdiyi kustar sex Zülfüqarlı qardaşlarının polad əridilməsi və armatur istehsalı üzrə qeyri-leqal müəssisələr şəbəkəsinə daxildir.

Daha əvvəllər yazdığımız kimi, Zülfüqarlı qardaşları Azərbaycanda sistemli şəkildə qeyri-qanuni biznes təşkil ediblər. Hazırda bu şəbəkəyə dörd gizli sex daxildir.

Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan şirkətlər… 26.07.2018
Məmur qızı: ərim məni döyür və dostları ilə cinsi əlaqəyə girməyə məcbur edirdi 23.07.2018
Həmin sexlərdə elementar təhlükəsizlik qaydalarına riayət olunmur və tez-tez bədbəxt hadisələr baş verir. Zülfüqarlı qardaşlarının sexlərində aşağı keyfiyyətli armatur, şveller, həmçinin kvadrat və düzbucaqlı profillərin istehsalı aparılır ki, bunlardan tikinti-inşaat işlərində istifadə edilir. Maraqlıdır ki, aşağı keyfiyyətinə baxmayaraq, bu kustar məhsullar indiyə kimi yeni yaşayış binalarının və dövlət müəssisələrinin tikintisində, həmçinin təmir işlərində istifadə olunur.

XeberBiz.az