Diasporla İş üzrə Dövlət Komitəsindən Publika.az-a verilən məlumata görə, Komitənin təşəbbüsü və dəstəyi ilə xarici ölkələrdə azərbaycanlıların kompakt yaşadıqları şəhərlərdə Azərbaycan evləri yaradılaraq soydaşlarımızın istifadəsinə verilir. Növbəti belə bir ev dekabrın 24-də Almaniyanın paytaxtı Berlin şəhərində açılıb.

Açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Almaniyadakı Fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov, Almaniya Azərbaycanlıları Alyansının üzvləri, diaspor fəalları, soydaşlarımız, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

 

 

 

 

Print Friendly, PDF & Email