Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsinin (BAMF) AZƏRBAYCAN VƏTƏNDAŞLARI İLƏ BAĞLI SON STATİSTİKASI
Bamf-ın Azərbaycan vətəndaşları ilə bağlı son statistikası
İyun 28
13:272018
Azlegat.com xəbər verir ki, Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsinin məlumatına görə 2018-ci ilin may ayında Azərbaycan Respublikasının 194 nəfər vətəndaşı qaçqın statusu almaq üçün müraciət edib. Onlardan 163 nəfəri ilkin olaraq, 31 nəfəri isə təkrarən müraciət edənlərdir. May ayı ərzində 218 nəfər həmvətənimiz haqqında qərar qəbul edilib. Onlardan 13 nəfərin qaçqın statusu haqqında müraciətinə müsbət, 85 nəfərin müraciətinə isə rədd cavabı verilib. 120 nəfər haqqında digər qərarlar (məsələn dublin) qəbul edilib.