https://avropaninsesi.com

 

31 oktyabrda Gürcüstanda parlament seçkilərinin keçirilməsi və Gürcüstan parlamentinin yeni çağırışının fəaliyyətə başlaması ilə əlaqədar ATƏT PA-nın Prezidenti Georgi Tsereteli vəzifəsini tərk edib. Bu barədə qurumun rəsmi saytında məlumat verilib.

 

Bildirilib ki, G.Tseretelinin vəzifəsini assambleyanın vitse-prezidenti, Böyük Britaniyadan olan Peter Lord Bovness təhvil alıb.

 

Qeyd edək ki, Gürcüstanın müxalif “Avropalı Gürcüstan” partiyasının üzvü olan Georgi Tsereteli 2017-ci ildən ATƏT PA-nın Prezidenti idi.

 

 

 

Print Friendly, PDF & Email