Azərbaycan ordusu  28 il işğal altında olan Laçına girdi

Azərbaycan ordusu 28 il erməni işğalı altında olan Laçın vilayətinə daxil oldu.

Azərbaycan Müdafiə Nazirliyinin verdiyi açıqlamada Azərbaycan ordusunun Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanan atəşkəs razılaşmasına uyğun olaraq Laçına daxil olduğu elan edildi.

Ermənistanla sərhəddə yerləşən Laçın, Dağlıq Qarabağ və Ermənistan arasında yeganə yol olan və “Laçın dəhlizi” adlandırılan və 1992-ci il mayın 18-də işğal olunmuş yolun strateji əhəmiyyətinə görə 1990-cı illərdə erməni qüvvələrinin müharibədəki ilk hədəflərindən biri oldu.

 

 

 

 

Azərbaycan ordusunun 27 sentyabrda başlatdığı əməliyyatda, Ermənistan 5 şəhər mərkəzi, 4 şəhər və 286 kəndin azad edilməsindən sonra məğlubiyyəti qəbul etdi və işğal altındakı Ağdam, Laçın və Kəlbəcər vilayətlərinin boşaldılmasına söz verən bir müqavilə imzaladı.

 

 

 

Erməni ordusu 20 noyabrda Ağdamdan, 25 noyabrda Kəlbəcərdən çəkilmişdi.

DAHA ƏTRAFLI

 

 

Print Friendly, PDF & Email