Azərbaycanı öz ölkəm kimi sevirəm: QARABAĞ AZƏRBAYCANINDIR!

Əslən Seneqaldan olan İbrahim Diawara Fransada yaşayır, Fransada Azərbaycan üçün SAVAŞIR.O, ölkəmizə ürəkdən bağlıdır, özünü azərbaycanlı kimi hiss edir.
İbrahim Azərbaycan kültürünə, tarixinə yaxşı bələddir, dilimizi də bilir, fransızları ölkəmiz haqqında məlumatlandırır:
“Hər an Azərbaycanla yaşayıram. Azərbaycanlıları öz ailəm kimi görürəm. Onlar çox qonaqpərvərdirlər.
2016-cı ildə Azərbaycanda olanda özümü evimdə kimi hiss elədim. Azərbaycan bayrağını görəndə kövrəldim, mənim üçün mənası çox böyükdür”
İbrahim QARABAĞ məsələsini də yaxından izləyir, bu haqda kitablar oxuyur, deyir ki, QARABAĞ AZƏRBAYCANINDIR. Hər zaman da AZƏRBAYCANIN OLACAQ!

İbrahim Diawara

 

 

 

 

 

 

 

 

Print Friendly, PDF & Email