E-huquq.az xəbər verir ki, F. Səməndərov bu gün 80 yaşında vəfat edib.

Xatırladaq ki, Firudin Yusif oğlu Səməndarov 1939-cu il aprelin 12-də Azərbaycan respublikasının Saatlı rayonunun Molday kəndində,əkinçi ailəsində anadan olub. 1948-1958-ci illərdə S.Vurğun adına Saatlı qəsəbə orta məktəbində oxumuş, oranı medalla bitirib. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub, Lenin təqaüdü ilə oxuyub. 1966-cı ildə təhsilini başa vurduqdan sonra ADU-ni bitirib Cinayət hüququ kafedrasında aspirant saxlanılıb. 1970-ci ildə “Qətl cinayətlərini doğuran halların və davranış motivinin cəza təyininə təsiri” mövzüsunda namizadlik dissertasiyası müdafiə edib. 1969-cu ildən ADU-in Cinayət hüququ kafedrasında müəllim, dosent vəzifələrində çalışıb.  F.Y.Səməndərov 1985-1989-cu illərdə ADU-nun hüquq fakültəsinin dekanı, 1992-1993-cü illərdə BDU-nun rektoru olub. 1995-ci ildə ”Cinayət hüquqi şüur və cinayət hüquq yaradıcılığı” mövzüsunda doktorluq dissertasiyası müdafiə edib.1995-ci ildən BDU-nun Cinayət hüququ və Kriminalogiya Kafedrasının müdiri olub.

Prof. F.Y.Səməndərov 1988-1992-ci illərdə respublikamızın müstəqilliyi uğrunda gedən milli istiqlal hərəkətində fəal iştirak edib. Prof. F.Y.Səməndərov məhsuldar elmi yaradıcılıqla məşğul olub. 10-dan artıq dərslik, dərs vəsaiti və monoqrafiyanın müəllifidir. Müxtəlif elmi nəşrlərdə 60-dan artıq elmi məqaləsi, respublikanın dövri mətbuatinda dövrümüzün aktual problemlərinə həsr edilmiş çox saylı məqalələri çap olunub.

Allah rəhmət eləsin!

 

 

 

 

Print Friendly, PDF & Email