255

Microsoft-un qurucusu Bill Qeyts Münhen Təhlükəsizlik Konfransında “bioterrorizmə” diqqət çəkərək, terrorçuların hazırladıqları bir virusun ildə 30 milyon insanı öldürə biləcəyini deyib.

 Bill Qeyts konfransda etdiyi çıxışında, bir çox təhlükəsizlik ekspertinin gözündən qaçan bir təhlükəni gündəmə gətirib. Qeyts bioterrorizm haqqında belə bir xəbərdarlıq edib: “Növbəti epidemiya, genetik mühəndislikdən istifadə olunaraq, kompüterdə istehsal edilmiş bir virus səbəbilə baş verə bilər. Bu virus çiçək xəstəliyinin sintetik bir versiyasıdır və ya ölümcül və super yoluxucu qrip ola bilər. Belə bir terror həmləsi bir ildən az bir müddət ərzində 30 milyon insanın ölümünə səbəb ola bilər”.

Bill Qeyts dünyanın növbəti 10-15 il ərzində, belə bir hücumla üzləşməsinin ciddi bir ehtimal olduğunu vurğulayıb. 1918-ci ildəki qrip fəlakətinin, təxminən 500 milyon nəfərə yoluxduğunu və proqnozlara əsasən 50-100 milyon insanın bu fəlakət nəticəsində dünyasını dəyişdiyini deyən Qeyts, bioterrorizm təhlükəsini nüvə müharibəsi və qlobal istilik kimi təhlükəli hesab etdiyini bildirib.

Bill Qeyts orduların müharibəyə hazırlaşdığı kimi, bioterrorrizm tərkibli viruslara qarşı hazırlıq görülməsi barədə xəbərdarlıq edib.

Print Friendly, PDF & Email