Yayımladı: www.Fedai.az

Daş qəlbli insanları neylərdin, ilahi?!

Bizdə bu soyuq qanları neylərdin, ilahi?

M.Ə. Sabir

Yəqin tanıdınız söhbət kimdən gedir…

Sizlərə Sovətlər Birliyi adlanan böyük bir ölkədə milyonlarin kumiri olan Ceyhun Cəmil oğlu Mirzəyev-Saricalinskinin aci taleyindən qısa məlumat verəcəyəm. Bəlkə vicdan əzabı çəkdik, bilmirəm…

Ceyhun 1946 — ci ildə bu günlərdə işğaldan azad olunmus Ağdamın Abdal Gülablı kəndində anadan olub. Ceyhun dünyaya gələndə onun atası Cəmil Mirzəyevin artıq 50 yaşı var idi. Anası isə Qarabağın məşhur Sarıcalı soyundan olub. Ceyhunun atası Azərbaycan Xalq Cümhurriyyətinin zabiti olmus Cəmil Mirzəyev rəhmətə gedəndə Ceyhunun 4 yaşı olub və həmin illər Respublika Prokrorunun muavini olan əmisinin və anasının himayəsində böyüyən Ceyhun, 5 yaşında “Görüs” filmində çəkilir. 11 yaşında isə “Ögey Ana” filmində İsmayıl obrazını yaradaraq milyonların sevimlisinə çevrilir.

Ceyhunun xalası və xalasının həyat yoldaşı, hər ikisi— doktor Cəfərbəyov və Sara Xanım Sarcalinskaya Ağcabədi rayonunun Hindarx kəndində həkim işləyirdilər. Onların yeganə oğulları, Ceyhun Mirzəyevin xalası oğlu Nahidlə Bakıda çox yaxın dost olmuşuq. Məndən yaşca böyük olan Nahid həmişə mənə böyük qardaş əvəzi olub. Məhz Nahidin vasitəsi ilə Ceyhungili yaxından tanıdım…

Ceyhun hüquq mühafizə orqanlarında işləyən sevdiyi tatar qızı ilə ailə həyatı qurur və bu evlilikdən onların gözəl bir qızları dünyaya gəlir…

Qarabağın işğalını özünə dərd eləyən Ceyhun Mirzəyev bir müddət içkiyə qurşanır…

Axır ki, düsmənə nifrət yaradan və premyerasını görmədiyi “Fəryad” filmini çəkir və elə həmin ildə, 1993-cü ildə 46 yaşında infaktdan dünyasını dəyişir…

Ceyhunun ölümündən sonra, o ağır illərdə həyat yoldaşı Bakıdakı evini satıb qızı Ilə birlikdə Krasnodarda ev alıb orada yaşayırlar. Bir necə il bundan öncə Rusiyada Azərbaycan Diasporunun tərkibində Şimali Qafqazda olduğum dönəm bu ailəni tapa bilmədim. Dedilər harasa səfərə gediblər. Sonra bir acı xəbər məni çox sarsıtdı. Ceyhunun həyat yoldaşı rəhmətə gedib, onun gözəl- göyçək nakam qızına bir alçaq evlənməyə söz verir və ona öz evini satdırır. Bir muddət birgə yaşadığı oğlan zavallı qızı narkotikə alışdırıb və atıb gedir…

Bu xəbəri eşidən kimi həmin vilayətdə Azərbaycan Diasporunun dəyərli oğlu Təhmasib Zeynalova zəng edib qıza sahib çıxmalarını xahiş elədim. Təhmasib bəy dəfələrlə qızla görüsüb, hətta onu müalicə etdirmək istəsə də, təssuflər olsun ki, mümkün olmayıb…

İndi bağrım partlayır, içim yanır… Milyonlarin kumiri Ceyhun Mirzəyevin yeganə qızı evsiz-eşiksiz kücələrdə, yol kənarındakı körpülərin altında yaşayır…

Allahım biz niyə bir-birimizə sahib şıxmağı öyrənmədik? Daş qəlbli insanları neylərdin, ilahi?!…

P.S. Ürəyim sakit, əlim də dinc durmadı, yazdım…

Print Friendly, PDF & Email