Artıq YENİ İL yaxınlaşır bütün dünyanın qeyd edəcəyi bu bayram xüsusilə biz-Azərbaycanlılara  ikiqat bayramdır,31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü kimi tariximizə daxil olmuşdur.

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü olaraq bayram edilir.

Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib. 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən bayram kimi qeyd olunur. SSRİ-nin süqutunun son dönəmində Araz çayının hər iki sahilində yaşayan azərbaycanlıların sərhədə yürüşü, tikanlı məftilləri dağıtması iki totalitar dövlətin ciddi təzyiqlərinə baxmayaraq, o taylı-bu taylı millətin həftələrlə Araz çayı sahilində gecə-gündüz birləşmək şüarı, azərbaycanlıların bir millət olduğunu dünya miqyasında bir daha canlandırdı.

Həmrəylik günü bu birləşmək məqsədinin simvolik nişanıdır.

 

 

 

Print Friendly, PDF & Email