Amma açılış günü mənim obyektimə çağırılan qonaqlardan başqa çağrılmayan qonaqlar da gəldi. Bu adamlar bir neçə nəfərdən ibarət idi və ən əsası da Lənkəran şəhər icra hakimiyyətinin başçısının Oğlu və Bacısı oğlu da gəldilər ki, və həmin açılış günü mənə bildirdilər ki, bələdiyyə rəisə Abdulla müəllim başından böyük qələt edib buranı sənə 800 manata icarəyə verib. bu gündən etibarən əyər bu obyekti işlətmək istəyirsənsə 2500$ dollar aylıq verməlisən. və mənə 10000$ dollar xərclətdirib sonra da 800manat yox, 2500$ arenda elan edib məni saldılar tələyə. və dövlətin nəzdində olan bərbad vəziyyətə düşmüş dövlət obyektini mənə 10000$ dollara təmir elətdirib məni məcburi oradan qovdular və mənim on illərlə Rusiyada qazandığım pulu beləcə əlimdən alıb qovdular. və hətta əks halda əyər mən xoşluqla ya çıxış getməsəm ya da 2500$ dollar aylıq verçəsəm məni qol gücü ilə oradan çıxarmalarını da mənə çatdırdılar.
Mən 21 ildir ki, Rusiyada yaşayıram və artıq 40 yaşım var, dörd uşaq atasıyam və müalicəyə ehtiyacı olan yaşlı valideynlərimi də mən köməklik göstərirəm. Bax bizə otxod deyən oğraşdar bizdən əsil həqiqətdə də istifadə edib var yoxdan çıxarırlar. Bizə qarşı belə münasibət görsədənləri biz özümüz cəzalandırmalıyıq. bax bu videonu çəkən qardaş sənə bir müraciətim var!!!!”
avropaninsesi.com
29.12.2016
Xaiş edirəm qərib ölkədə yaşayan azərbaycanlılar mənim komentariyamı axıracan oxuyun.!
Əvvəli daha ətraflı:
Dagıstan-Azərbaycan Gömrük Buraxılış Məntəqəsində Rusiyada yaşayan Emil Məhərrəmovun başına gətirilən müsibətlər – Şok
http://avropaninsesi.org/dagistan-az%C9%99rbaycan-gomruk-buraxilis-m%C9%99nt%C9%99q%C9%99sind%C9%99-rusiyada-yasayan-emil-m%C9%99h%C9%99rr%C9%99movun-basina-g%C9%99tiril%C9%99n-musib%C9%99tl%C9%99r-sok/
Emil Məhərrəmov: Lənkəran Şəhər Icra hakimiyyətinin Başçısının Oğlu və Bacısı oğlu da gəlib məni təhdit etdilər- Şok
Xaiş edirəm qərib ölkədə yaşayan azərbaycanlılar mənim komentariyamı axıracan oxuyun.! Emil Məhərrəmov: