Bu gün səhər saat 9-da, Kiyevdəki Hollandiya Səfirliyinin nümayəndələri bir qrup Hüquq Müdafiəçisi ilə birlikdə Fikrət Hüseynlinin saxlanıldığı təcridxanaya gediblər.
Lakin məlum olub ki, F.Hüseynlini işlə tanış olmaq üçün prokurorluğa aparıblar. Heyət oraya gedib və hazırda F.Hüseynli ilə birlikdədirlər.
Saat 13.00 da F.Hüseynlinin birinci məhkəmə prosesi başlayacaq.
Jurnalist Fikrət Hüseynlinin həbsindən 3 gün keçməsinə baxmayaraq müxalifət partiyaları və hüquq müdafiəçilərinin heç biri bu günə qədər həbsi pisləyən bəyanat verməmişlər…