Məşhur azərbaycanlı jurnalist Fuad Abbasov həyatının təhlükədə olduğunu açıqlayıb. Son 2 ildə Türkiyə və Azərbaycanın müxtəlif problemlərinin Rusiyada qabardılması, ölkəmizin reputasiyasının artırılması istiqamətində çalışmaları məşhur jurnalistin həyatını təhlükəyə atıb.
Bu barədə danışan Rusiyadakı məşhur jurnalist Fuad Abbasov son proseslərdən olan “azərbaycanlılarla çeçenlər arasında qalmaqal”da vasitəçilik edərək sülhə nail olan jurnalist özünün hər an öldürülə biləcəyini bildirib.
Paylaşdığı son videonun fəaliyyətinin son materialı ola biləcəyini deyən jurnalist ermənilərin imza kampaniyası apardığını və özünün hər an həbs olunmaq təhlükəsi ilə üzləşdiyini deyib.
F.Abbasov bildirdi ki, bu, nə ilk təhdiddir, nə də son… Məşhur jurnalist 2015-2016-cı illərdən başlayaraq, davamlı təhdidlər aldığını dedi: “Bizim mənfur qonşularımız internet məkanından öz kilsələrinə keçiblər. Onlar əvvəl internet məkanında mənə qarşı kampaniya aparırdılar. İndi də öz kilsələrində mənə qarşı cinayət işi qaldırmaq üçün imzatoplama kampaniyası keçirirlər. Rusiya Cinayət Məcəlləsinin 232-ci maddəsinə görə, millətlərarası münaqişə yaratmaq üzrə cinayət işi başladılıb. Məqsəd məni ya ölkədən xaric etmək, ya da həbs etdirməkdir”.

azerbaycan24.com

 

 

Print Friendly, PDF & Email