Снимок экрана 2016-07-16 в 15.10.39

 

“Video qalmaqalı”nı tanınmış vəkil Aslan İsmayılov şərh edir. O, bildiriri ki, Gülər Əhmədova bu cinayət faktlarına görə həbs olunmalıdır:

 images

25 sentyabrın 2012-ci il tarixində internetdə ” Millət vəkili Gülər Əhmədovanın şok görüntüləri ” adlı video yayılıb.
Videogörüntüdə fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev və deputat Gülər Əhmədovanın və deputatın rəfiqəsi, Sabir adına kitabxananın direktoru Sevinc Babayevanın 16 dəqiqəlik söhbəti var. Qeyd edək ki, Gülər Əhmədova belə bir görüşün olduğunu inkar etmir, sadəcə videonun montaj olduğunu iddia edir. Videodakı söhbətdən millət vəkilinin Elşad Abdullayevdən deputat seçilməsi üçün rüşvət tələb etməsi bəlli olur.
Gülər Əhmədova: Mən pulu nə Ramiz müəllim üçün, nə də prezident üçün istəyirəm. Mən özüm istəyirəm. Bu mənim qiymətimdir.

Gülər Əhmədova siyasətin oyun olmadığını deyir və istənilən məbləği ödəyərsə Elşad Abdullayevin deputat olacağına söz verir, sonra da qısa müddətdə ogrlanmış qardaşı Mahir Abdullayevi Ramiz Mehdiyevlə danışıb geri alacagınına söz verir. Seçkilərə yeddi gün qalmış “prezidentin təsdiqlədiyi deputat siyahısını dəyişdirtdirdiyini” bildirir.
Yayılan video ilə bağlı açıqlama verən Gülər Əhmədova Elşad Abdullayevin cinayət əməllərinə qarşı mübarizə apardığına görə onu susdurmağa çalışdıqlarını deyib. Elşad Abdullayev isə Azadlıq radiosuna müsahibəsində Gülər Əhmədovanın video görüntünün montaj edilməsi haqda dediklərinə belə münasibət bildirib:
«Bu boyda montaj olar? Bu adamlar öyrəniblər hamıya şər atmağa. Gündə insan hüquqlarından, demokratiyadan danışırlar, ancaq… Mən özüm YAP-çı olmuşam, Heydər Əliyevi dəstəkləmişəm. Amma indi baxıb görürəm ki, ölkə nə gündədir. Adam oğurluğu ilə məşğul olanlar bu gün hakimiyyətdə oturublar. Qardaşımı Ramiz Mehdyevin göstərişil Ramil Usubovun Banditizm İdarəsi ogurlayıb .Həmin ərəfələrdə MTN-in l müavini KQB generalı Hilalal Əsədov Bakı Şəhər Polis İdarəsinin Banditizm İdarəsinin rəisi vəzifəsində çalışırdı».
Qeyd edək ki, iki gün qabaq yayılan videonun izləyici sayı sürətlə artır. “Video qalmaqalı”nı vəkil Aslan İsmayılov şərh edir. O, bildiriri ki, Gülər Əhmədova bu cinayət faktlarına görə həbs olunmalıdır…
Baş verənlərə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov münasibət bildirib. O deyib ki, “İnternet informasiya resurslarında yayılmış məlum videomaterial dövlətin antikorrupsiya siyasəti çərçivəsində müvafiq tədbirlər həyata keçirilməsinə əsas yaradır. Digər tərəfdən, həmin material Elşad Abdullayev kimi neqativ insanların qeyri-qanuni, dolayı yollarla hakimiyyət orqanlarına yol tapmaq və “mənsəb” qazanmaq istəyinin baş tutmamasının, habelə dövlət orqanlarının belə hallara qarşı əsl münasibətinin göstəricisidir. Mən şübhə etmirəm ki, müvafiq orqanlar internetdə yayılan bu materialla əlaqədar olaraq lazımi tədbirlər görəcəklər”.

P.S. RA-in rəhbəri Ramiz Mehdiyev belə durumda Gülər Əhmədovaya tapşırıq vermişdi  ki, deputat seçkilərinin pullarını PA-in İSŞ-in müdüri Əli Həsənov yıgıb,demişəm bilir, pulu gedin Əli Hsənovdan alın. Lakin, Əli Həsənov pulu qaytarmaq əvəzinə “Müsavat” qəzetində bəyant verdi: “Elşad Abdullayev qələt edir”.Prezidentin köməkçisi Əli Həsənov zərərçəkmişin pulunu qaytarmaq əvəzinə onu təhqir edir. Hamıya məlimdur ki, Azərbaycanda deputat seçkilərinin pulunu yıgan kassir Əli Həsənovdu.Gülər Əhmədova və Sevinc Babayeva bu cinayət faktını dəfələrlə gizli vidieo görüntülərdə bir daha təsdiq edir.
Baş prokuror video görüntülərdə yer alan məlumatların araşdırılması üçün Bakı Şəhər Prokurorluğuna göstəriş verib.
Qeyd edək ki, deputat Gülər Əhmədova 2011-ci ilin oktyabrında “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallını rüşvət almaqda ittiham edərək Baş prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət etmişdi. Onun müraciəti əsasında tanınmış jurnalist  Əvəz Zeynallı həbs edilmişdi…

 

965761 (1)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Print Friendly, PDF & Email