Jurnalist azadlığa buraxıldı…
Həftəinfo.az saytının baş redaktoru Araşdırmaçı Jurnalist Aqil Mahmudov azadlığa buraxılıb.
Bu barədə özünün “facebook” səhifəsində status yazan Aqil Mahmudov, “Azadlığa buraxıldım. Düz 20 gün əvvəl Göyçay rayon polis əməkdaşları məni heç bir səbəb olmadan saxlayaraq məhkəməyə apardılar və Göyçay rayon məhkəməsinin hakimi İbrahim Fəttahovun sədrliyi ilə keçən prosesdə Az.Res. İXM-nn 510 və 535.1 maddəsi ilə 20 gün həbs edilməyim haqda qərar çıxardı.”, -bildirib.
Xatırladaq ki, Həfteaz.info saytının baş redaktoru Aqil Mahmudov AR İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsilə təqsirli bilinərək Göyçay Rayon Məhkəməsinin qərarı ilə 20 gün öncə həbs olunub.
Məlumata görə, Aqil Mahmudov Göyçay Rayon Polis Şöbəsinin yanından keçərkən bir neçə polis əməkdaşı onu saxlayaraq zorla polis şöbəsinə salıblar və sonra barəsində inzibati qaydada ittiham irəli sürülüb.
Qeyd edək ki, bundan əvvəl Aqil Mahmudov rəhbəri olduğu Hefteaz.info saytında hakimiyyət əleyhinə dərc edilmiş məlumatlara və Facebook sosial şəbəkəsində etdiyi paylaşımlara görə təqibə məruz qaldığını bildirib.

 

Könül Alı

Bastainfo.com

 

 

 

 

Print Friendly, PDF & Email