İlk azərbaycanlı Azərbaycan Beynəlxalq Universitetinin (ABU) məzunu Bəşirov Rac Şükür oğlu Xankəndi Şəhər İcra və probasiya şöbəsinin rəisi vəzifəsinin təyin edilib – 21.12.2020
29 ildən sonra Xankəndində ilk azərbaycanlı vəzifəyə təyin edilib
Azərbaycan Respublikası Ədliyyə nazirinin əmrinə əsasən, işğaldan azad edilmiş ərazilərdə yerli ədliyyə qurumlarının yeni strukturu və ştat bölgüsünün təsdiq edilməsi ilə əlaqədar müvafiq vəzifələrin icrası barədə verilən təkliflər və müraciətlər nəzərə alınaraq, Xankəndi şəhər icra və probasiya şöbəsinin rəisi vəzifəsinin icrası, Xocalı şəhər icra və probasiya şöbəsinin rəisi, ədliyyə müşaviri Bəşirov Rac Şükür oğluna həvalə edilmişdir. 
Xankəndi şəhər icra və probasiya şöbəsinə rəis təyin edilən Rac Bəşirov
Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsini bitirib. O, 2003-cü ildən 2008-ci ilə qədər Xocalı rayon İcra Hakimiyyətində Hüquq şöbəsində hüquqşünas vəzifəsində işləyib. 2008-ci ildən indiyə qədər Xocalı şəhər icra və probasiya şöbəsinin rəisi vəzifəsində çalışır. Qeyd edək ki, Rac Bəşirov Xankəndi və Xocalı şəhər icra və probasiya şöbələrinə rəhbərlik edəcək. Hər iki şöbə hələlik Goranboy rayonunun Meşəli qəsəbəsində fəaliyyət göstərir.
29 ildən sonra ilk dəfədir ki, Xankəndində rəsmi quruma Azərbaycan vətəndaşı rəhbər təyin edilib. Artıq Xankəndi şəhər və Kərkicahan qəsəbə sakinlərinin müraciət edə biləcəkləri hüquq orqanı vardır.
Rac Bəşirova şərəfli və məsuliyyətli peşəsində uğurlar arzulayırıq. Bütün xankəndililəri, kərkicahanlıları təbrik edirik. Doğma torpaqlarmıza qayıtmağa sayılı günlər qalıb. Qoy ədalət həmişə zəfər çalsın. Biz torpaqlarımızı düşməndən geri aldığımız kimi, haqqımızı da sonadək alacağıq.
http://www.xocalininsesi.info/2020/12/29-ildn-sonra-xankndind-ilk-azrbaycanl.html#

 

 

Print Friendly, PDF & Email