İsveçrədə kim məskunlaşır, nə edirlər, harada yaşayırlar?

Dünyada ən çox immiqrant sayına sahib ölkələrdən biri  İsveçrədi. İnsanlar AB ölkələrindən gələn immiqrant sayını məhdudlaşdırmaq üçün 27 sentyabrda sandıq başına gedəcəklər.

Referendumdan əvvəl İsveçrə Federal İmmiqrasiya Dövlət Katibliyi (SEM) ölkədə yaşayan xarici vətəndaşlar barədə bəzi statistik məlumatları yayımladı.

Xarici vətəndaşlar, İsveçrənin 8,5 milyon əhalisinin 2,1 milyonunu və ya yüzdə 25-ni təşkil edir. Bununla birlikdə, ölkədə yaşayan immiqrantların yüzdə 65-i AB ölkələrindəndir.

AB olmayan Kosovo, Makedoniya və Türkiyə kimi ölkələrdən İsveçrədə yaşayan cəmi 248 min adam var.

Bundan əlavə, Afrika, Amerika (Şimali və Cənubi) və Asiyadan olan immiqrantların ümumi sayı 365 min civarındadır. Avropadan İsveçrəyə yerləşmək daha asan olduğundan əksəriyyəti AB ölkələrindən gəlir.

İsveçrədəki əcnəbilərin milliyəti hansılardır?
321 min nəfərlik İtalyanlar İsveçrədə yaşayan ən sıxlıq qrupdur. 307 min ilə Almanlar, 260 min ilə Portuqaliya və 139 min ilə Fransızlar İtalyanları izləyir.

İsveçrədə yaşayan təxminən 42.000 İngilis, İngiltərənin AB-dən çıxması səbəbindən statistikada AB vətəndaşı sayılmır.

İsveçrədə təxminən 70 min Türk vətəndaşı yaşayır.

Xaricilər İsveçrədə harada yaşayırlar?
Cenevrə Universitetinin iyun ayında yayımladığı araşdırmaya görə, Cenevrə və Sürix gölü sahilləri kimi iqtisadi mərkəzlərdə və yüksək iş imkanları olan bölgələrdə xarici vətəndaşların konsentrasiyası var.

Araşdırmaya görə, əcnəbilərin ən yüksək sıxlığı (yüzdə 62,4) Lozannanın Crissier ətrafındadır.

Ən az xarici uyruklular, 1172 nəfər arasında yalnız 37 əcnəbinin olduğu Bernese Emmental bölgəsindəki Röthenbachdadır.

İsveçrədə, İtalyanlar, Almanlar və Fransızlar rəsmi olaraq dillərinin danışıldığı bölgələrdə yaşamağa üstünlük verirlər.

Kantondan asılı olmayaraq Portuqaliyalılar və Türklər nisbətən ucuz mənzilləri olan məhəllələrdə cəmləşiblər.

 

Niyə mühacirlər İsveçrəyə gəlirlər?
Neuchâtel Universitetinin araşdırmalarına görə, əksəriyyəti (yüzdə 36) İsveçrədə iş və ya təhsil üçün məskunlaşır.

İsveçrədə mühacirlər hansı sahələrdə işləyirlər?
Neuchâtel Universiteti, immiqrantların yüzdə 60ının, ali təhsil tələb etməyən “fiziki və təməl peşələrdə” çalışdığını göstərdi.

Onların təxminən yüzdə 50-si fabriklərdə, yüzdə 40-ı sənətkarlıq və ticarətlə əlaqəli işlərdə, yüzdə 30-u xidmət və satışda işləyir.

Köçkünlərin dörddə biri də idarəetmə səviyyəsində işləyir.

2018-ci ildə 967 min nəfər İsveçrə vətəndaşlığını qazandı
Hesabata görə, İsveçrə əhalisinin yüzdə 37-dən çoxunun mühacir keçmişi var. Yüzdə 24-ü xarici vətəndaşlığa sahib ikən, qalanları doğum və ya vətəndaşlıq yolu ilə İsveçrə oldu.

2018-ci ildə 967 mindən çox əcnəbiyə İsveçrə vətəndaşlığı verildi. Vətəndaşlığa qəbul edildikdən sonra bu şəxslər artıq statistikada əcnəbi sayılmırlar.

DAHA ƏTRAFLI

 

Print Friendly, PDF & Email