İsveçrədə qadın prezident seçildi
İsveçrənin Ətraf mühit, nəqliyyat, energetika və rabitə naziri Simonetta Sommaruqa ölkənin prezidenti seçildi.
Federal Məclisin hər iki palatası səsvermə yolu ilə hakim Sosial-demokrat Partiyasının üzvü olan Sommaruqanı 2020-ci ildən bu posta seçib. Sommaruqa 2014-ci ildə İsveçrənin vitse-prezidenti, 2019-cu il yanvarın 1-dən isə növbəti dəfə yenidən vitse-prezidenti seçilib.
O eyni zamanda İsveçrə Federal Şurasının üzvüdür. 2018-ci ilədək Ədliyyə və polis naziri olub. Onun 59 yaşı var.

 

 

 

Print Friendly, PDF & Email