ispaniyaFotonun müəllifiXAUME OLLEROS/GETTY IMAGES

Bazar ertəsi günü səhər saatlarına olan məlumatlara əsasən, dünyada koronavirusa yoluxduqları təsdiq olunmuş insanların sayı 732153 nəfərə çatıb, onlardan 154673 nəfər sağalıb, 34686 nəfər isə ölüb.

Ayrı-ayrı ölkələrdə koronavirusla bağlı vəziyyət necədir və hansı tədbirlər həyata keçirilir?

ABŞ

ABŞ hazırdakoronavirusa yoluxanların sayına görə dünyada birincidir – yoluxanların sayı 143 055-i keçib.

Beləliklə, ABŞ koronavirusa yoluxanların sayına görə İtaliya (97 689) və İspaniyanı (85 195) keçib.

“Ölüm nisbətinin ən yüksək nöqtəsi iki həftə ərzində olacaq”, Prezident Donald Trump bildirib.

Bazar günü ABŞ hökumətinin yoluxucu xəstəliklər üzrə yüksək rütbəli eksperti xəbərdarlıq edib ki, koronavirus epidemiyası 100 – 200 minədək amerikalını öldürə bilər.

Ölkədə fiziki məsafə kimi koronavirusa qarşı mübarizə qaydalarının aprelin sonunadək tətbiq ediləcəyi bildirilir.

İtaliya

Dünyada koronavirusdan ən çox ölüm sayı (10 779 nəfər) İtaliyadadır.

Burada COVID-19 koronavirusuna yoluxan insanların sayı 97 689 nəfər təşkil edib.

İspaniya

İspaniyada indiyədək koronavirusa ən az yoluxanların sayı bu həftə qeydə alınıb.

Burada növbəti iki həftə ərzində daha ciddi karantin rejimi tətbiq olunacaq.

Bu ölkə aşkar edilmiş koronavirus hallarının sayına görə dünyada üçüncu yerdədir – burada son məlumatlara görə, 85 195 nəfər Covid-19-a yoluxub.

Lakin virusdan ölənlərin sayına görə ölkə ölkə İtaliyadan sonra ikinci yerdədir: İspaniyada Covid-19-dan ölənlərin sayı 7340 nəfərə çatıb.

Təkcə son gün ərzində 812 nəfər ölüb.

Madriddə xəstəxanaFotonun müəllifiNURPHOTO

Çin

Koronavirus epidemiyasının beşiyi Çinin Uhan şəhəri sayılsa da, hazırda bu ölkə Covid-19 virusuna yoluxanların ümumi sayına görə dünyada dördüncü yerə düşüb.

Çində Covid-19-a yoluxanların sayı son məlumatlara əsasən, 81 198 nəfər, bu virusdan ölənlərin sayı isə Çinin Hubei vilayətində 3 186 nəfər təşkil edir.

Almaniya

Dünya üzrə ən çox yoluxanların sayına görə Almaniya beşinci ölkədir. Almaniyada koronavirusa yoluxanların sayı 62 435, ölənlərin sayı isə 541 nəfər təşkil edib.

Almaniya hökuməti ölkədə iki nəfərdən artıq qruplara toplaşmağı qadağan edib.

Almaniya kansleri Angela Merkel bazar günündən karantin rejiminə keçməli olub, çünki məlum olub ki, cümə günü ona profilaktik peyvənd vuran həkim də koronavirusa yoluxub.

İran

Azərbaycanın cənub qonşusu olan İranda koronavirusa yoluxanların sayı 38 309 nəfərə çatıb və bu göstəriciyə görə ölkə dünyada altıncı yerdədir.

Covid-19-dan ölənlərin sayı isə İranda bazar günü günorta 2 640 nəfər təşkil edib.

Fransa

İspaniya aşkar edilmiş koronavirus hallarının sayına görə dünyada yeddinci yerdədir – burada Covid-19-a 40 723 nəfər yoluxub.

Lakin virusdan ölənlərin sayına görə isə ölkə bir pillə yuxarıda olan Almaniyanı xeyli qabağlayıb: Fransada Covid-19-dan ölənlərin sayı 2 606 nəfərə çatıb.

Britaniya: keçmiş tibb işçiləri işə çağrılıb

Britaniyada təxminən 20 min keçmiş tibb işçisi işə geri çağrılıb.

Mercedec Formula 1 komandası University College London ilə birgə nəfəs aparatlarının da istehsalına başlayıb.

nəfəs aparatları koronavirusFotonun müəllifiJAMES TYE/UCL

Bu cihazlar Çində və İtaliyada xəstəxanalarda istifadə olunurdu, amma onların sayı yetərincə deyildi. Bu cihazların yeni versiyası bir həftədən də az müddətdə hazırlanıb.

Britaniya koronavirusa yoluxanların sayına görə dünyada səkkizinci yeri tutur – burada Covid-19-a yoluxanların ümumi sayı şənbə günü 19 788 nəfərə çatıb, ölənlərin sayı isə 1228 nəfərdir.

Burada bazar ertəsi günündən başlayaraq əhalidən üç həftə evdə qalmaq istənilib.

Onlar yalnız “tamamilə zəruri” işə gedib-gələ, nadir hallarda “əsas ehtiyaclar” üçün bazarlıq edə və tibbi səbəb olduğu zaman küçəyə çıxa bilərlər.

Ölkədə iki nəfərdən artıq və ailə üzvü olmayan şəxslərin toplaşması qadağandır.

Bazar günü Britaniya hökumətinin kabinet naziri Michael Gove koronavirusla bağlı ölkədə tətbiq edilən sərt tədbirlərin “uzun müddət”, təxminən 6 ayadək davam edə biləcəyinə hazır olmağın vacibliyini vurğulayıb.

London metrosuFotonun müəllifiGETTY IMAGES
koronavirus
xətt

Türkiyə

Türkiyədə koronavirusa ümumilikdə yoluxanların sayı bazar günü günorta 9 217 nəfər təşkil edib. Bu göstəriciyə görə, ölkə dünyada 13-cü yerdədir.

Türkiyədə Covid 19-dan ölənlərin sayı isə 131 nəfər təşkil edib.

Rusiya

Rusiyada koronavirusa yoluxmuş insanların sayı 1 836 nəfərə çatıb, virus səbəbindən 9 nəfər ölüb.

Moskva Times qəzetinin yazdığına görə, zəngin ruslar koronavirusdan xilas olmaq üçün süni nəfəs aparatları almağa çalışırlar. Nəşrin həmsöhbətlərindən birinin bildirdiyinə görə, 1,8 milyon rubl (təxminən 38 min manat) qiyməti olan bu aparatlar üçün yaranmış növbədə gözləmə vaxtı səkkiz ay çəkə bilər.

Bu cür aparatlar əsasən Çin, İtaliya və Almaniyada istehsal olunur.

Аппарат для ИВЛFotonun müəllifiAFP

Ermənistan

Ermənistanda koronavirusa yoluxmuş insanların sayı 482 nəfərə çatıb, virus səbəbindən 3 nəfər ölüb.

Hökumət sağalanların sayının 30 olduğunu açıqlayıb.

 

 

Print Friendly, PDF & Email