Koronavirusa yoluxmuş Paris-Azərbaycan Evinin Prezidenti Mirvari Fətəliyeva ilə baglı -Açıqlama

 

Koronavirusa yoluxan Mirvari Fətəliyeva ilə bağlı – Açıqlama
Koronavirusa yoluxmuş Paris Azərbaycan Evinin Prezidenti Mirvari Fətəliyevanın vəziyyəti stabildir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı qurumun sədr müavini Mehri Quliyeva yayıb. Onun sözlərinə görə, M. Fətəliyeva bir neçə gündür ki, ev şəraitində müalicə olunur:
“Mirvari xanım bir neçə gündür virusa yoluxub, vəziyyəti ağır deyil, stabildir. Ev şəraitində müalicə olunur. Biz Fransada yaşayan Azərbaycan vətəndaşları ilə daim əlaqədəyik. Hələlik riskli bir vəziyyət müşahidə olunmayıb”.
Qeyd edək ki, son məlumata əsasən, Fransada 5 Azərbaycan vətəndaşı koronavirusa yoluxub.
Koronavirusa yoluxan Parisdəki Azərbaycan evinin rəhbəri Mirvari Fətəliyeva Vəsilə Vahidqızının müəllifi olduğu “Vətən uzaqda deyil” proqramına müsahibə verib. 
“Qafqazinfo” həmin müsahibəni təqdim edir:

 

 

Koronavirusa yoluxan Fransadakı Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva ilə videobağlantı.

Daha ətraflı

https://qafqazinfo.az/news/detail/koronavirusa-yoluxan-mirvari-feteliyeva-ile-bagli-aciqlama-281951

 

 

 

 

 

 

 

Print Friendly, PDF & Email