Dünyada 1 853 357 nəfər koronavirusa yoluxub.

Bu barədə Redaktor.az-ın onlayn statistikasında məlumat verilir.

Virusdan ölənlər 114 253, sağalanlar isə 423 692 nəfər təşkil edir.

Qitələr üzrə birinci yerdə Avropadır. Burada 881 110 nəfər koronavirusa yoluxan var. 76768 nəfər isə həyatını itirib.

Dünya ölkələri arasında koronavirusa ən çox yoluxma halı ABŞ-da müşahidə olunur. Bu ölkədə yoluxma sayı 560 433-dür. Ölənlər isə 22115 nəfər təşkil edir.

ABŞ-dan sonra əhalisi kornavirusa yoluxanlar arasında ikinci yerdə, 166 831 nəfər olmaqla, İspaniya, daha sonra 156 363 nəfərlə İtaliya gəlir.

 

https://redaktor.az/news/world/94141-koronavirusla-bagli-son

 

 

 

 

 

Print Friendly, PDF & Email