1.=AvropaParlamenti.DSC00275

elshadalawprof@gmail.com

Mediada bizim ermənilərlə iş birliyində olmagımız  haqqında verilən sifarişli məlumatlar həqiqətə uygun deyildi – Elşad Abdullayev

1-ci sual. ”Yeni Müsavat” qəzetinin müxbiri Xalidə Gəray: Elşad müəllim, bu günlərdə yerli mətbuatda Sizin ermənilərlə iş birliyiniz haqında iddialar var. Bu ittihamlara  münasbətinizi bilmək istərdik?

Elşad Abdullayev: KİV-də bizim ermənilərlə iş birliyində olmagımız  haqqında verilən sifarişli məlumatlar həqiqətə uygun deyildi. Mediada açıqlamanı oxumadan,  başlığa görə münasibət bildirən insanlara nə demək olar axı !?

Orada səhv, mediada qoyulan qərəzli başlıqlardı. Bu da bəzi media qurumlarının günahı, daha dəqiq desəm, Mahir Abdullayevin ogurlanması cinayətini pul müqabilində ört-basdır etməyə yardım edən qəzetçilərin  savadsızlığıdı. Öz xalqına pul müqabilində yalan məlumat verən, sifarişlə işləyən və gizli polisə agentlik edən jurnalisti varsa, o, millətin heç erməni faşistləri kimi düşmənə də ehtiyacı yoxdu. Allah, bizləri hiyləgər, ikiüzlü, məkirli, fitnə-fəsad yayan qarayaxmaçı KQB agentlərindən qorusun.

Biz heç bir erməni ilə iş birliyində olmamışıq, mən özümə bəraət qazandıran insan deyiləmdə. Bizim alnımız açıq, üzümüz də ağdır:

Əvvəla,  biz Bakıda dogulmuş Şaxramanova Susanna Şaqenov ilə iş birliyində olmamışıq, onu tanımıram da. Bu səbəbdən də mən Moskvada olan hüquqi nümayənəmdən xahiş etdim ki, Şaxramanova Susanna haqqında mənə yazılı məlumat versin. O da mənə onun  rus dilində əl yazması  şəkilində bəyanatını  göndərdi :

“Mən,  Şaxramanova Susanna bəyan edirəm ki, Azərbaycan məlumatlarına görə guya mənim  Elşad Abdullayevlə  ümumi biznesim var. Fakta görə deyə bilərəm ki, mən Elşad Abdullayev adlı adam  tanımıram, heç bir vaxt görməmişəm və Rsiya Federassiyasında heç bir biznes əlaqəm yoxdur.

Onu da bildirmək istəyirəm ki, kommersiya məsələləri üzrə yeganə əlaqə saxladıgım Azərbaycanlı şəxs Rzayev Fuad Firudin ogludu. Mediada yayılan bu məlumat mənim üçün xöşagəlməzdi.

28.02.2017 il

İmza: Şaxramanova Susanna Şaqinovna

 Bəyanatdan göründüyü kimi Moskva şəhərində milli ədavət toxumu səpən də  elə Rzayev Fuad Frudin ogludu. Halbuki,  Rzayev Fuad Frudin oglunun Petrosyan Qriqori Samenoviç  müqaviləsində onun ermənilərə şübhəli maddi yardım göstərməsi il tanış olanda təcüblənməmək olmur. Elə Fuad Rzayevin  Şaxramanova Susanna ilə müqaviləsində ona da külli miqdarda pul yardım etmsi məni təəcüblədirdi !!!

Fikrimcə, dezinformasiyanı yayan da elə saxta bank dələduzlugu ilə  məşgul olan  Fuad Rayevdi, burada deyirlər ki adaımı qoyum sənə qal yana-yana. Bəlli olan odur ki, onun başlıca məqsədi Moskva şəhərində millətlər arasında milli ədavəti qızışdırmaqdı. Lakin, faktiki olaraq ermənilərlə şübhəli iş birliyində olan elə saxta bankir Fuad Rzayev yadından çxarır ki, Moskva şəhərndə xalqlar rasında milli ədavəti qızışdırmaq Rusiya qanunvericiliyinə görə agır dövləti cinayət hesab edilir.

Biz millətçi deyilik, ondan uzaq birisiyəm, bəllidi ki, bütün xalqlar etnik kimliyindən asılı olmayaraq qanun qarşısında bərabər hüquqa malkdirlər. Müasir dünya xalqlar arasında milli ədavət salmagı agır dövləti cinayət hesab edir. Bu barədə Avropa Konvensiyasında və BMT-in İnsan Haqlarının Mühafizə olunması Bəyannamələrində də öz əksini tapıb.

Rusiya Federassiyası (RF) Konstitusiyasının 29-cu maddəsinin lll hissəsində təsbt edilir:

“Irqi, milli, dini, sosial ədavət və düşmnçilik oyadan təşviqata və təbligata yol verilmir “.

Konstitusiya-hüquq normalarının belə pozulmasına görə də Rusiya Federassiyası Cinayət Məcəllsinin 282-ci maddəsində cinayət msuliyyəti müəyyən eilib.

Eyni prinsiplər qüvvədə olan Azərbaycan qanunvericiliyində öz əksini tapıb.

Mənə qarşı cinayət xarakterli milli-etnik təxribata  görə RF-in Dövlət Dumasının Milli məsələlr üzrə Komissiyasına və məhkəmə orqanarına müraciət edəcəyəm.

Şaxramanova Susannanın əlyazmasının rus dilindəki mətnini  yazıma əlavə edirəm, daha ətraflı bax:

IMG_4580 (2)

Foto:  Fuad Rzayev, Dominikan Respublikasında…, 2016 il

13112785_227076227672404_7010332532414288495_o

Rzayev Fuad Firudin oglunun erməni sevgsi və separatizmi…

Maraq doguran məqam odur ki, həmişə erməni separatçıları ilə aktiv iş birliyində olanlar dolayısı Bakıda erməni faşislərinin kontrolunda olan sarı qəzetlər vasitəsilə Daglıq Qarabag probleminin ərazi bütövlüyü prinsipləri çərçivəsində hüquqi yolla həll olmasını istəyən bizim kimlərə qarşı bir qaragurhuçu kompaniyası aparırlar. Bizim əlyhimizə aparılan kompaniyanın müəllifi də Fuad Rzayevdi.

Moskvada belə kriminal şəbəkə ilə iş biliyində olanlardan biri də elə Erməni faşistləri ilə aktiv iş biliyində olan Rzayev Fuad Firudin ogludu. Onun separatçı Petrosyan Samenoviçlə bagladıgı müqavilədə bu şübhəli əlaqələri bir daha təsdiq edir:

 Q ə b z

 Mən Petrosyan Qriqoriy Samenoviç ASC “SovKomTorq” -in dövriyyəsinə buraxmaq üçün Rzayev Fuad Firudin oglundan nəqd olaraq On bir milyon rubul məbləgində borc aldım.

Mən ASC “SovKomTorq”- un Kommersiya direktoru olaraq 30 dekabr 2011-ci ilə qədər  aldıgım vəsaiti qaytaracagam.

 

İmzalar:

 

Petrosyan Q.S.

Rzayev F.F.                         20.05.2017 ”

 Petrosyan Q.S. və Rzayev F.F. arasınada  baglanan müqavilənin rus dilində orjinal əlyazma mətnini yazıya əlavə edirəm:

 

Fuad-Petrosyan Q.S

 

 

Ikincisi, bizim adımızdan imzalanan  müqavilədə saxta imzadır.

2-ci sual.“Yeni Müsavat” qəzetinin müxbiri Xalidə Gəray: Elşad müəllim, Sizin Daglıq Qarabagın problemləri  haqqında müəllif yazılarınız varmı?

 

Elşad Abdullayev: Bizim alnımız açıq, üzümüz də ağdır. Mən Daglıq Qarabagın hüquqi problemlrini dərindən bildiyim üçün Fuad Rzayev kimi qeyri-ciddi adamların sifarişli separatçılıq oyunbazlıgı məni təcübləndirmir. Mənim Daglıq Qarabagın Statusu haqqında yazdıgım kitabların  çəkisi erməni separatçıları ilə iş birliyində olan Fuad Rzayev kimilərin xüsüsi çəkisindən dəfələrlə agırdı.

Mənim ’’Daglıq Qarabag problemi beynəlxalq hüquq müstəvisində’’  mövzusu haqqında elmi-monoqrafik nəşirlərim aşagıdakılardı:

1.Daglıq Qarabag problem beynəlxalq hüquq müstəvisində. – Bakı, 2004, 216 səhifə;

2.The Nagorno-Karabakh problem in the light of international law. – Baku, 224 page, (ingilis dilində);

3.Le problem du Haut Karabkh dans le context du droit numanitare international . – Baku, 2005, 224 page, (fransız dilində);

4.Проблема Нагорного-Карабаха в контексте международного права. – Баку, 2005, страниц, (rus dilində);

5.Daglıq Qarabag problemi Avropa Şurasının hüquqi sənədlərində. – Bakı, 2006, 278 səhifə;

6.Daglıq Qarabag problemi və beynəlxalq təşkilatlar. – Bakı, 2008, 268 səhifə;

Daglıq Qarabag haqqında Kütləvi İnformasiya Vasitələrində :

1.Hörmətli oxucular! Fransa hökumətinin Xocalı faicəsinə reaksiya verməsi üçün açılmış Petisiyaya səs verməyinizi xahiş edirik ! – Paris, Avropaninsesi.com, 02 mart 2017 ;

2.Parisdə Xocalı faciəsilə baglı Avropa Məhkəməsinə müraciət olundu. – Azadlıq qəzeti, 03 mart 2013 və s. onlarla nəşirlərdə.

3.Xocalı soyqrımı bəşəriyyətə və insanlıga qarşı ən agır cinayətdir. – Respublika, 21 fevral 2007;

4.FRANSA Daglıq Qarabag münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həllinə tərəfdardır. – Respublika, 14 fevral 2007 ;

5.Daglıq Qarabag müstəqilliyinə hec bir halda yol verilməyəcək. – Respublika, 4 oktyabr 2007;

6.Beynəlxalq terrorizmlə mübarizədə etibarlı tərəfdaş. – Respublika, 11sentyabr 2007;

7.Azərbaycan torpaqlarını işgaldan azad etmək əzmindədir. – 25 aprel 2007;

8.Bədnam erməni lobbisinə qarşı sərfəli əks hücüm. – Respublika, 01 aprel 2007;

9.Tarixin qanlı səhifəsi. – Respublika, 01 aprel 2008;

10.Франция – сторонник решения Нагорно-КАРАБАХСКОГО КОНФЛИКТА НА ОСНОВЕ МЕЖДУНАРОДНЫХ правовых норм. – Бакинский рабочий, 28 марта 2007;

11.Нормы международного права однозначно подтверждат факт геноцида в Ходжалы. – Бакинский рабочий, 24 февраля 2006;

12.Нагорный Карабах никогда не получит независимость. – Права выбора, ноябрь 2007;

13.Окупающию чужой территории невозможно узаконить. Республика, 11 апреля 2001  və s. onlarca nəşirlər…

3-ci sual. ”Yeni Müsavat” qəzetinin müxbiri Xalidə Gəray: Daglıq Qarabagın   Statusu necə müəyyən oluna bilər ?

 Elşad Abdullayev: Bütütün dünya Daglıq Qarabagın taleyinin ərazi bütövlüyü prinsipini prioritet hesab edir. Bu optimal müasir beynəlxalq hüququn tələbədi. Lakin, Qondrama DQR-sı problemi millətlərin öz müqəddərtaını həll etmək pinsipi üzrə həll etmək istəyirlər.

Azərbaycanda 83 etnik mllət  yaşayır, hamısıda Qanun qarşsında bərabər hüquqa malikdi. Sabah hər bir etnik millət tələb etsəki, biz də Azərbaycanın ərazi bütövlüyündən kənarda  öz milli müqəddəratımız təyin edək,  bu isə Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq hüquqi mənada  pozulmasıdı. Eləcədə, bu gün erməni separtaçılarının Daglq Qarabag problenmini Azərbaycanın ərazi bütövlüyündən kənarda həll etmək istəyir. Onlar qəsdlə Azərbaycanın imtiyazlı  muxtariyyat hüququndan imtina edirlər…

Keçmiş Sovet prezdenti Mixail Qarbaçovun müşaviri  Bakılı Şaxnazarayan Georgi isə əksini fikirləşirdi. Bu səbəbdəndə mənim “Dalıq Qarabagın hüquqi problemləri” mövzusunda yazdıgım dissesrtasiya işini keçmiş SSRI Dövlət və Hüququ Inistitunun Elmi Şurasında ləgv etdirdi. Elmi rəhbərim hüquq professoru Lunyov Aleksandt Efremoviç bildrdi ki, Daglıq Qarabag problemi Georgi Şaxnazaryanın  monopoliyasındadır, ya onun  qoydugu şərtlər daxilində mövzunu işləyə bilərik, yada təcili başaqa mövzu seçib dissertasiya işini davam etdirməliyik. Bu barə də mərhum Heydər Əliyev keçmiş SSRİ Nairlər Sovetinin Birinci müvini kimi elmi işlərə kontrolluq etdiyi üçün  ona da bu barədə şikayət etdim… Mən Şaxnazarayanın şərtlərini qəbul etmədiyimüçün 5 il müdətinə böyük zəhmət hesabına arxivlərdən yıgdıgım araşdırma işindən imtina edib,  yenidən mövzu seçib elmi işlərimi davam etdirdim.    Xatırlatmaq istəyirm ki, mən aspiranturada təhsil aldıgım keçmiş SSRİ Dövlət və Hüquq İnistitunun professorlarının çoxu erməni əsilli müəllimlər idi, Moskvada hüquq elmində aparıcı şəxslər erməni əsilli professuradı.  Ədalət naminə onu demək istəyirəm ki, həmin ərəfələrdə, elə Georgi Şaxnazarovun  Daglıq Qarabagın statusu modelinin əleyhinə eməni əsilli professor Rafael Avakoviç və saglam fikirli erməni əsilli professorlda aktiv etiraz edirdilər, Azərbaycann bu gün ki, tarixi haqlı mövqeyini müdafiə edirdilər. Bu məsələdə mənim mövqeyimi elmi-hüquqi əsaslar müdafiə edirdilər. Onlar Qarbaçovun köməkçisi Bakılı Şaxnazarova deyirdilər ki, sizin məqsədiniz SSRİ-ni dagıtmaqda, Daglıq Qarabag bəhanədi…

SSRİ dagıldıqdan  sonra, Qarbaçovun köməçisi Bakı ermnisi Şaxnazrov Rusiya Dövlət və hüquq İnistitunun dektoru təyin oldu . O, yenə də bu səbəblərdən doktorluq işimi təsdiq etmədi, ləgv etdirdi. Mə demək istəyirəm ki, mən həmi inistitun məzunu və orada elmi işlərimi aparmam,  o, demək deyil ki biz erməi separatçıları ilə iş birliyindəyik, Moskvada belə anlam yoxdur. Mənim Şaxnazarvla fərqim  idi ki, mən bütün elmi nəşirlərimdə əsaslandrırdım ki, Dalıq Qarabagın statusu ərazi bütövlüyü prinsipidə həll olunmalıdı. Bizim əksimizə olaraq Şanazarov isə Daglıq qarabag probleminin həlni millətlərin öz müqəddəratını həll etmək prisipi əsasında həll etməyi təlb edirdi. Və bunulada keçmiş SSRİ-ni dagıtdı, bundan da ən çox ziyan çəkən Azərbaycan xalqı oldu 20 % tarixi torpaqlarımızı işgal etdilər, 1 milyondan çox vətəndaşımız zorən qaçqın oldu, 10 minlərlə günahsız vətəndaşım qətlə yetirildi…

Lakin, mən aspiranturanı ugurla  bitirib Azərbaycana qayıdandan sonra  “Daglıq Qarabagın beynəlxalq hüquq problemləri” haqqında rus, ingilis, fransız və azərbaycan dillərində  elmi-monoqrafik kitabları Bakıda rəsmi olaraq nəşr etdirdim. Həmin kitabların ilk nüxsəsini də cavab kimi Qarbaçovun köməkçisi  professor Georgi Şaxnazaryana göndərdim. Savaş bitməmişdi …!  Və eyni zamanda,  Rusiya Parlamentinin, habelə xarici ölkələrin  deputatlarına göndərdim. Həmin kitabları bir çox Azərbaycan rəsmi dairələri məndən alıb özləri şəxsən  xarici ölkələrdə paylayırdılar…, qüsura baxmayın, adlarını çəksəm, həmən vəzifəli şəxslər məlum səbəblərdən işlərini itirə bilərlər . Hətta, mən tanınmış tarixçi professor Seyid Aga Onullahinin və deputat İsgəndər Quliyevin rəhbərliyi ilə Azərbaycan Beynəlxalq Universitetində  (ABU) “Daglq Qarabag hüququ” adlı tanınmış mütəxisislərdən ibarət kafedara da yaratmışdım. Həta, erməni baş kəsənlərilə iş birliyində olan yuxarı ranqlı çinovniklər bu kafedranı lv olunmasını tələb eirdilər məndən, bunuda başa düşə bilmədiyim üşün kafedranı sona qədər baglamadım . Fikrimcə,  həmin kitablar Daglıq Qarabag probleminin hüquqi həllində elmi-hüquqi mənbəəə rolunu oynaya bilər…

Hazırda da mənim oponentlərim xalqlar arasında milli ədavəti qızışdıranlar erməni faktorundan  bizim əleyhimizə istifadə edirlər. Hətta, qatil və ogru KQB generalı Akif Çovdarov məni zorla şəxsi həbsxanasına gətizdirib, təhdiq edirdi ki, Siz guya Ermənistanda kilsə tikmisiniz, ora neft göndərirsiniz, qaz, balıq kürüsü göndərirsiniz sulları verib təhdit edirdi . Halbuki, qatil və ogrru KQB genealı Akif Çovdarov elə yanımdaca özü saatlarala Moskva erməniləri ilə erməni dilində telefonla danışırdı. O,  bütün iş adamlarına belə sullarlarla qorxudub pul alırdı . Sonda, qatil və quldur Akif Çovdarova başa saldım ki, Azərbaycanda hamıya bəllidi ki, kimdir Ermənistanda kilsə tikdirən, qaz, balıq-kürüsü göndər, KİV-də kifayət qədər informasiya var, mən Daglıq Qarabag haqında yazdıgım kitabların çəkisi snin 160 kiloqramlıq xüsüsi çəkindən agırdı, adını general qoymusan elementar düşüncən yoxdu Akif Çovdarov! Belə getsə sənin axrını pis gürürəm, öz xalqına qənim kəsilənlərin axrı cəhənnəmdi …

Rusiya Fedarasiyasının ərazisində 140-dan cox, milyonlarla əhali potensialı olan millətlər  yaşayır. Onlarda sabah durub desələrki, bizdə Daglıq Qarabag və Talış Mugan Respublikası modelində Rusiyanının ərazi bütövlüyündən kənarda öz milli müqəddəratımızı həll etmək istəyirik. Fikrimzcə, Rusiya buna razılıq verməz. Buna görə də Rusiyanın siyasi dairələri Daglıq Qarabagın statusunun həlli  məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəkləməsə RF-in özü yaxın zamanlarad qondarma DQR-sı kimi  ən azı 45 yerə parçalanacaq .

 4-cü sual. ”Yeni Müsavat” qəzetinin müxbiri Xalidə Gəray: Hazırkı agır durumda Azərbaycanda yaşayan bütün müxtəlif millətlər  hansı prinsipi ilə yaşamalıdı ?

 Elşad Abdullayev: Azrbaycan xalqının tərkibində 83 etnik qrup var, hamısıda qanun qarşsında bərabər hüquqa malikdi. Azərbaycan vətəndaşı olan istər talış, istər türk, istər avar, istər kürd, istərsə rus, ukraynalı, yəhudi və s. etnik xalqlar hamısı bizim qardaşımızdı…, BİZ HAMIMIZ AZƏRBAYCANLIYIQ!!! BİZ HAMIMIZ QARABALIYIQ!!! Öncə,  Azərbaycanlı olmagımlada fəxr edirəm və bütün etnik qruplar qanun qarşısında bərabərdi. AR-sı Konstitusiyanın 25-ci maddəsində bu prinsip təsbit edilib. Rəsmi məlumata görə hazırda Azərbaycanda  30 min əsilli erməni yaşayır, həttaƏ Ermənistandan Azərbaycana mühacirat edənlərdə var. Çünki, onlar bilirlər ki, Azərbaycanda bütün  etnik milltlər qanun qarşısında bərabərdi, yüksək vəzifələrdə təmsil olunurlar.

Azərbaycanda elə bir ailə yoxdu ki, Qarabag savaşından ziyan görməsin. Cox sevdiyim qardaşım oglu Təbriz Abdullayev Zəngilanda birinci Qarabag savaşında şəhid oldu (Rəhmətlik dekanımız Məmmədxan müəllimin kəndində). Sag qalan o biri qardaşı Qarabag müharibəsi iştirakçısı, məndən qısas almaq ücün   saxta ittihamlarla 10 il həbs olunmuş  Mübariz Abdullayev isə Siyasi Məhbus olmasına baxmayaraq hələ də qərəzli olaraq həbsdən azad edilməyib. Biz azadlıga çıxan bütün Siyasi Məhbusları alqışlayırıq. Lakin, Siyasi Məhbuslara ikili münasibəti Qanunun aliliyinin kobud surətdə pozulması hesab edirəm. Azərbaycanın ərazi bütövlüyü ugrunda canından keçən şəhid ailsi Siyasi Məhbus Mübariz Abdullayev azadlıga buraxılmır. Lakin, Azərbaycanın ərazi bütövlüyünə, milli vahidliyinə, suverenliyinə və xalqına xəyanət edən Qondarma TMR-in Prezidenti Əlikram Hümbətovun müaini Siyasi Məhbus pərdəsi adı altında həbsdən azad edilir. Hələ 10-dən çox Siyasi Məhbus Azərbaycan vətəndaşımız saxta ittihamlarala həbsdə qalır.

5-cü sual. ”Yeni Müsavat” qəzetinin müxbiri Xalidə Gəray: Ümumiyyətlə ölkə xaricində ermənilərlə azərbaycanlıların dostluğuna, iş birliyinə baxışlarınız necədir ?

 Elşad Abdullayev: Mənim faktiki olaraq dünyanın aparıcı şəhərləri olan həm Parisdə, həm də Moskva şəhərlərində Azərbaycanlılar ilə Ermənilərin dostluq şəraitində yaşadıqlarının, birgə işlədiklərənin şahidiyəm. Fransa hökümətinin etnik siyasət oldqca cididi, kiçicik ölkə daxilində etnik probem yardan şəxs haqqında məhkəmə məsuliyyətinə çəlb edilir. Fransa cəmiyyəti də buna hazırdı, 2017-ci ilin eni Prezident seçkilərində sagçı Milliyyətçi Hərəkatın lideri Mari Le Pen irqçilki siyasəti apardıgı üçün seçicilərin səsini ala bilmir. Belə neqativ halalrın Fransada baş qaldırması mükün deyil.Amma, belə neqativ hal Holandiyada daha qabarıq olsa da Avropa üşün keşərli deyildi.

Yəni, Daglıq Qaranag müharibəsini süni olaraq müharibə politikasına çevriblər. Bu müharibə  Azərbaycan dövlətçiliyi və xalqını  təhdit altında saxlayır.

Moskva şəhərndə tanınmış Azərbaycanlı iş adamlarının ticarət mərkəzlərində və şirkətlərində çalışanların əksəriyyəti erməni əsilli Rusiya vətəndaşlarıdı. Yaxudda, Beynəlxalq Bankın Moskva Filialının binası erməni əsilli Moskva vətəndaşına mənsubdu…Bəzən məni ittiham edirlər ki, Sizi,  ABU-in Moskva Filialının binasını ermənidən almısınız . Bagışlayın, hələ bir Siz Bakının özündə ermənilər Bakıdan çıxanda hamısının pulunu artıqlaması ilə ödəyib almısınız, rəsmilərin məlumatına görə 30 mindən çox erməni hazırda Bakının ən yaxşı yelərində yaşayırlar, müharibə gedən ölkədə arvadı erməni əsilli admaların çoxu yüksək dövlət vəzifələrində çalışır, KİV-də bu barədə çoxsaylı məlumatlar var…, son günlər bir çox ermənilər Azərbaycana mühacirat etdilər.

Azərbaycanın və Ermənistanın tanımış ictimai xadimlərinin  Daglıq Qaabag müharibəsini dinc yolla həll etməsi məqsədilə tez-tez görüşməsi onların  erməni-faşistlərilə iş birliyində olması anlamına gəlməz, yaxudda əksinə …

Qəti əminəm ki, sadə Azərbaycan və Erməni xalqları müharibə istəmirlər, onlar əvvəlki kimi dinc-yanaşı yaçamaq istəyirlər, ümüd edirəm ki, sondada belə də olacaq.  Daglıq Qarabag müharibəsini  25 ildir ki, bu xalqlara zorən məhkum ediblər.Lakin, bilirəm ki, bu xalqlar yaxın zamnda yenə də əvvəlki dost xalqlar kimi dinc-yanaşı yaşayacaqlar.

Bu gün biz Avropada xalqların dinc yanaş yşamasının nümunəsini görürük. Birinci və İkinci dünya müharibəsində Avropada Fransızlarala Almanlar arasında savaş  baş verdi, hər iki tərəfdən milyonlarla günahsız insan bu savaşların qurban oldu. Müharibənin nəticəsində də Avropa xalqları agır həyat tərzi yaşamaga məcbur oldular. Lakin, xalqlar dinc–yanaşı yaşamaq şəraitində birləşib dünanın ən yüksək həyat tərzini təmin etmyə nail oldular. Dünən savaş içində olanar bu gün dünyaya nümunə kimi təqdim olunan Avropa Birliyini, Avropa Şurasını, YUNESKO-nu  yartdılar, dünyaya İnnsan hüquqlarının müdafiəsinin Avropa Konvensiyasını tqdim etdilər…

Bilirsiniz, səbəbindən asılı olmayaraq tarixən müharibədən heç bir xalq  qazanmayıb, hər iki tərəf uduzubdu. Ekspertlərin fikrincə, keçmiş SSRİ-ni Bakı ermənisi Şaxnazaryan-Qarbaçov cütlüyünün Daglıq Qarabag müharibəsi kartı ilə dagıtdılar. Bu baxımdan bütün Qafqaz xalqlarıda  dinc-yanaşı yşamaq prinsipi əsasında birləşib öz yüksək həyat tərzlərini qurmalıdı…

6-cı sual. ”Yeni Müsavat” qəzetinin müxbiri Xalidə Gəray: Fransada erməni təxribatlarına qarşı azərbaycanlılar birgəlik nümayiş edirlərmi ?

 Fikrimcə,  yox !  Bu işlərə əməli olaraq baxmaq lazımdı. Fransa hökumətinin Xocalı faicəsinə reaksiya verməsi üçün açılmış Petisiyaya 25 min şəxsin səs verməyini xahiş edib ! mözusunda 1 aydan çox müddətdə Azərbaycanlılara sosial şəbəkələr üzərindən müraciət edib, lakin, bu müddətdə  həmin Petisyaya 16 870 nəfər səs verib, bu günə qədər 8130 nəfərin səsi çatmır. Bunu başa düşə bilmirəm, Avropaya sürgün edilən  Azərbaycanlıların sayı Ermənistanda yaşayan əhalinin sayından çoxdu. Mən bu Petisyanı təsisi etdiyim Avropaninsesi.com saytında yeləşdirdim, hər 3 gündən bir Feycbook səhihfəmdən paylaşıram, dostlarıma xahş etdim ki, oxuyub və paylaşsınlar. Lakin, bu hələ də ytərincə səsin yıgılması deyil. Halbuki, Erməni tərəfi bu yolla “Erməni soyqrımı’’ məsəlsini Fransa parlamentinin diqqət mərkzində saxlayr. Çünki,  bu prosesə Ermənistan rəsmi dairələri Diaspora Komitəsi və Prezident Apparatı bilavasitə rəhbərlik edir,  həmin səsi bir həftəyə toplayırlar. Bir fransız dostum Xavayar deyir ki, bəyənmədiyiniz qonşularınız bu səsi bir həftyə toplayır. Sizin əlinizdən çalıb-oynamaq gəlir bircə, hara baxırsansa Azrbyacanlılar rəqs edir. Düz sözə nə deyəsən axı, görəsən çalıb oynamaq bizim haramıza yaraşır !? …

Bizim təcrübədə isə məsələ başqadı, Qarabagda müharibəsinin qızgın vaxtında, fevral ayının 18-22-də bizim Dövlət Diaspora Komitəsinin rəhbəri Nazim İbrahimov və dövlət idarə etmə aparatının ikinci şəxsi Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov gəlib Hollandiyanın Amisterdam şəhərində Avropaya sürgün etdikləri  mühacirlərin  Avropada Azərbaycanlı  Konqresində (AAK) mühacirlərə sag-sola medal paylayır. Yalan məlumatda verirlər ki, guya Avropaya sürgün etdikləri  mühacirlərə hərtərəfli “dövlət qaygısı” göstərirlər. Sosial şəbəkələr üzərindən bəlli oldu ki, heç bir köməkli  yoxdu, dövlət qaygısı yixdu, əksinə, Azərbaycanda dövlət terronun davamını Avropaya sürgün etdikləri Azərbaycanlı mühacirlərə  qarşı edirlər, ora gələnlərdə maaş-pul müqabilində KQB ilə iş birliyində olanlardı. Çəxsimə deyə biərəm ki, mən Avropaya sürgün olunandan sonra, bilavasitə  Əli Həsnovun dövlət terroru ilə rastlaşmıam, bunu Azərbaycan mediasında xalq arasında Azərbaycan Prezdentinin köməkçisi Əli Həsənovun arvadı Sonanın uşaqlar kimi tanınan reket qəzetlərin mənə qarş etdikləri mənəvi dövlət terroru bir daha təsdiq edir, bunu da heç sübut etməyə də ehtiyac yoxdu, bu bir hüquqi aksiomadı…

“Hamam suyu”ndan dost tutmaq lazım deyil, Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov ! Avropaya gəlib saga-sola medal paylayana qədər Amisterdama yıgdıgın muzdlu KQB ajanalarına, Azərbaycanlılara  Fransa hökumətinin Xocalı faicəsinə reaksiya verməsi üçün açılmış Petisiyaya 25 min şəxsin səs verməsini təşkil etmək lazım idi  !

Fikrimcə, millətin taleyüklü problemi olan Xocalı faciəsi  məsələsin də iqtidarçı və müxalifətçi olmaq lazım deyil, sadəcə olaraq çörəyini yediyini və həmişə təhdit edib qrayaxdıgın  vicdanlı bir  adi Azərbaycan vətəndaşı olmaq lazım idi…!

Bu Sizin əlinizdə 2-3 saatlıq iş idi, ta gedib qardaşım Mahr Abdullayevi ogurladıb məni təhdit etmək lazım deyildi sizlərə. İctimai rəyi yanlış istiqamətə yönəltməkdə maraqlı olan şəxslər bilməldirlər  ki, özünüzü yormayın cənablar, artıq bu cinayət haqqında Avroa Məhkəməsindən İNTERPOLA qədər bütün dünya  obyektiv məlumata malikdi … Azərbaycanda elə bir ailə yoxdur ki, Mahir Abdullayevin ogurlanmsı cinayətini və onu törədən cinayətkarlar haqqında  hərtərəfli obyektiv, həqiqi və dürst məlumatı olmasın !

Ardı var …

 

Elşad Abdullayev

Fransa, Paris, 10 mart 2017

Daha ətraflı bax avropaninsesi.com:

Daglıq Qarabag ; Xocalı faciəsi;  Ermənistan;  Separatizm;  Əlikram Hümbətov; TMR;  Sadval …

info@avropaninsesi.com

Снимок экрана 2016-12-16 в 23.34.54

Print Friendly, PDF & Email