Misir Mərdanov onun dövrü ilə bağlı tənqidə cavab verdi – “Mənim fəaliyyətimi…”
O deyib ki, müşahidələr nəticəsində müasir təhsil sistemlərində olan çevik alətlərin və mexanizmlərin ali təhsil sistemində o dövrdə olmaması problemi aşkarlanıb.
“AzPolitika.info” xəbər verir ki, məsələ ilə bağlı unikal.org-un əməkdaşı 1998-2013-cü illərdə Azərbaycanın təhsil naziri Misir Mərdanovun fikirlərini öyrənib.
O, bu barədə danışmaq istəmədiyini deyib: “Xahiş edirəm, bu barədə mənə sual verməyin, mən danışmayım. Mənim fəaliyyətimi cəmiyyət, Allah bilər. Gördüyüm işlərə qiymət vermək məsələsinə mən qarışmıram”.