Hüquq müdafiəçisi Oktay Gülalıyev Facebook səhifəsində ölkədə polis özbaşınalıgından yazaraq bildirir ki, Mahir Abdullayevin ogurlanması cinayəti haqqında Elşad Abdullayevin yaydığı gizli-video görüntülərə hələ də hüquqi qiymət verilməyib ! – Hüquq müdafiəççisi Oktay Gülalıyev
Polis zabiti adam oğurluğu cinayətində…
DİN- də yüksək vəzifə tutan vəzifəli şəxslərin polisi nüfuzdan salan bir çox ağır cinayətlərin törədilməsində və həyata keçirilməsində iştirakı məhkəmə qaydasında təsdiq olunub. Bu cinayətlərin ən hay- küylüsü, diqqət çəkənlərindən biri DİN- nin keçmiş baş əməliyyat müvəkkili, hazırda həbsdə olan Hacı Məmmədov tərəfindən həyata keçirilib. Hacı Məmmədov (2006- cı ilin avqustun 9-da məhkəmədə ifadəsində bildirir- red.) DİN Baş Cinayət Axtarış İdarəsinin rəisi Zakir Nəsirovla birgə Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyevdən 2 milyon avro pul almaq üçün onun həyat yoldaşı Zamirə Hacıyevanı oğurlayırlar. Hacı Məmmədovun insan ogurluğu, adam öldürmək və s. kimi ağır cinayətləri məhkəmə tərəfindən sübuta yetirilərək ömürlük həbs cəzasına məhkum edilib.
Müəmmalı şəkildə oğurlanmış qardaşı Mahir Abdullayevin geri qaytarılması ilə bağlı onunla danışıqlar aparan şəxslərin video görüntüsünü gizli şəkildə lentə alan ABU- nun sabiq rektoru Elşad Abdullayev adam oğurluğu cinayətində adı keçən bir çox vəzifəli şəxslərlə bağlı bildirir ki, “DİN-in keçmiş 1- ci müavini Zahid Dünyamalıyev “dəmir alverçisi” Arzu Kazımovla birgə Daxili İşlər naziri Ramil Usubovun adı ilə məni təhdid edərək 3 milyon dollar alıb… Daha sonra Ramil Usubovun adı ilə onun qudası, Xətai rayon prokuroru Yusif İldrımzadənin qardaşı – Aeroport Polis İdarəsinin rəisi Rasim İldrımzadə dövriyyəyə girərək qardaşım Mahir Abdullayevi geri qaytarmaq üçün məndən 2 milyon dollar pul tələb etdi. Ən nəhayət, DİN-in Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirov və Kürdəmir rayon polis şöbəsinin rəisi Polad Şıxəliyev, onun müavini polis polkovniki Qabil Tagıyev Mahir Abdullayev üçün Ramil Usubovun adı il məndən 5 milyon dollar pul tələb etdilər”. Təəssüf ki, bu günə qədər nə Mahir Abdullayev cinayətinə, nə də Elşad Abdullayevin yaydığı məlum video görüntülərə və onun açıqlamalarına aydınlıq gətirilməyib, tədbir görülməyib.
Daha ətraflı izlə A
info@avropaninsesi.com