010600179655
Prezident Administrasiyasının qarşısında etiraz aksiyası: Vətədaşlar hüquqlarının müdafiəsindən ötrü mübarizəyə başladıqlarında onların özlərinə cinayət işi açılıb …
Yanvarın 6-da bir qrup vətəndaş parlamentin, sonra isə Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirib.
Onlar özlərini bir-birinə zəncirləyərək problemlərinin həlli tələbilə şüarlar qaldırıblar. Ancaq onları saxlayaraq Prezident Administrasiyasına aparıblar. Bu barədə “Azadlıq” radiosu məlumat yayıb.
Həmçinin hadisələri işıqlandıran üç jurnalist saxlanılıb.
Etirazçılar sıravi vətəndaşlardır. Onlar ədalətsiz məhkəmə qərarlarından, qanunsuz həbslərdən, əmlaklarının zəbt edilməsindən və dövlət məmurları tərəfindən hüquqlarının pozulmasından şikayət edirlər.
Etirazçılardan biri Lətifə Zeynəddinova bildirib ki, 13 yaşlı qızını qaçırıblar və 2 ildir ki,  zirzəmilərdə saxlayıb, ona qarşı  əxlaqsız hərəkətlər ediblər.
L.Zeynəddinova bunda Abşeron Rayon Polis İdarəsini ittiham edir.
Digər şikayətçi Eldar İsmayılov deyib ki, keçmiş MTN-in xüsusi təyinatlıları 2 il əvvəl onu atası ilə birgə döyüblər. Vətəndalar hüquqlarının müdafiəsindən ötrü mübarizəyə başladıqlarında onların özlərinə cinayət işi açılıb…
Qeyd edək ki, bu şəxslər bundan əvvəl də  ayrı-ayrı vaxtlarda Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Nazirlər Kabineti, Ədliyyə Nazirliyi və başqa dövlət qurumlarının qarşısında aksiya keçirməyə cəhd göstəriblər. Bundan sonra dövlət başçısının administrasiyası önündə aksiya keçirməyi qərara alıblar…
Print Friendly, PDF & Email