Bu gün paytaxtın Hüseyn Cavid prospektində yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) binası qarşısında tək nəfərlik aksiya keçirilib.
Bizimyol.info xəbər verir ki, Azərbaycan Avropa Hərəkatının rəhbəri Ramin Hacılı AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevi istefaya çağırıb.

Ramin Hacılı
O, həmçinin Azərbaycan alimlərini, AMEA əməkdaşlarını R.Mehdiyevin istefasını tələb etməyə və onun istefasına nail olmağa çağırıb: “Alimlər toplansınlar və Ramiz Mehdiyevin istefasına nail olsunlar”.

Aksiyanın qarşısı polislər tərəfindən alınıb.
Ramid İbrahimov
https://www.bizimyol.info/az/news/281114.html