1476879252_1-1
“D18 Hərəkatı olaraq, siyasi məhbuslarla bağlı atılan prinsipial və peşakar addımları dəstəkləyirik”
“Bir siyasətçinin hansısa siyasi məhbus siyahısına imza atmağını peşəkarlıq və obyektivlik baxımından doğru addım hesab etmirəm”.
Arqument.Az xəbər verir ki, bunu D18 Hərəkatının sədri Ruslan İzzətli feysbuk səhifəsində yazıb.
“Ona görə də şəxsən mən hansısa siyasi məhbus siyahısına imza atmıram. Ancaq D18 Hərəkatı olaraq, siyasi məhbuslarla bağlı atılan prinsipial və peşakar addımları dəstəkləyirik”, – deyə o bildirib.
Qeyd edək ki, Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus, «Siyasi Məhbuslarsız Azərbaycan» İctimai Alyansının koordinatoru Oqtay Gülalıyev və Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov oktyabrın 18-də siyasi məhbuslarla bağlı yeni siyahı təqdim edib. Həmin siyahını imzalayanların içərisində Ruslan İzzətlinin də adı keçir.

 

Print Friendly, PDF & Email