info@avropaninsesi.com

ABU-in fəxri professoru Tahir Salahov

Hörmətli Tahir Teymur oğlu !
Siz,  sadəcə böyük rəssam deyilsiniz, həm də heyrətamiz insan və gözəl müəllimsiniz. Dünya şöhrətli tanınmış ustad olmağınıza baxmayaraq, yaradıcı axtarış cəsarətini itirməmisiniz və yaradıcılıq enerjiniz əvvəlki kimi aşıb-daşır.
Yubileyiniz Doğum gününüz münasibətilə ən səmimi, ürəkdən gələn təbriklərimi qəbul edin. Sizə möhkəm cansağlığı, ailə səadəti, bizi, Sizin böyük istedadınızın pərəstişkarlarını sevindirmək üçün əmin-amanlıq və yeni zəfərlər arzulayırıq.
Yubileyiniz gününüz mübarək !”
Azərbaycanın xalq rəssamı Tahir Salahov 1928–ci il noyabr ayının 29–da Bakı şəhərində anadan olub. 1957–ci ildə V.İ.Surikov adına Moskva Dövlət İncəsənət İnstitutunu rəssam–nəqqaş peşəsi üzrə bitirib.
1960–1961–ci illərdə Azərbaycan Rəssamlar İttifaqının məsul katib vəzifəsində, sonra 1963–74–cü illərdə isə M.Ə.Əliyev adına Azərbaycan Dövlət Teatr institutunda dosent, professor vəzifələrində çalışıb. Sənətkar 20 il Rəssamlıq Atelyesinə rəhbərlik edib, 1980–1992–ci illərdə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun rəssamlıq və kompozisiya kafedrasının müdiri olub.
Çoxillik pedaqoji fəaliyyətində Azərbaycan İncəsənət İnstitutu, eləcə də V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunda gənc rəssamlar yetişdirib.
Böyük sənətkar saysız–hesabsız mükafatlar alıb. Mahir fırça ustası keçmiş Sovet İttifaqının ən yüksək təltifləri və ordenlərinə layiq görülüb. Rusiyanın “Vətən qarşısında xidmətlərinə görə” ikinci və üçüncü dərəcəli ordenlərinə, müstəqil Azərbaycanın ali mükafatı olan “İstiqlal” ordeninə, Bolqarıstan, Polşa, Monqolustan və başqa ölkələrin ordenlərinə, müxtəlif medallara və mükafatlara layiq görülüb.

Rusiyanın və MDB-nin bir çox ölkələrinin rəssamlıq akademiyaları ilə birgə, Madriddəki San-Fernando Kral İncəsənət Akademiyasının və Fransa Zərif Sənətlər Akademiyasının müxbir üzvüdür. “Ölməzlər Akademiyası” adlanan Fransa Zərif Sənətlər Akademiyasına keçmiş SSRİ-dən cəmi üç nəfər üzv seçilib ki, onlardan biri də Tahir Salahovdur.

“Xalq düşməni”nin – “terrorçu”nun oğlu
Tahir Salahov 1928–ci il noyabr ayının 29-da Bakı şəhərində anadan olub.

1937-ci ildə Tahirin atası Teymur müəllim Laçın rayonunun birinci katibi vəzifəsinə təyin edilib. Bu onun sonuncu iş yeri olub. 1937-ci il sentyabrın 29-da Teymur Salahovu həbs edib, ona trotskist-zinovyevçi əks-inqilabçı təşkilatın üzvü, ziyankar, terrorçu və Azərbaycanı SSRİ-dən ayırmağın təşəbbüskarı kimi dörd ən ağır ittiham irəli sürüb xalq düşməni damğası vurublar, doqquz aydan sonra isə güllələyiblər.

“Protokolda yazılmışdı ki, istintaq zamanı atam özünü günahkar hesab etməyib etiraz səsini ucaltmış, lakin cəmi 15 dəqiqə sürən məhkəmə güllələnmə qərarı çıxarmış və bu qərar dərhal həyata keçirilmişdi”,-deyə çox sonralar Tahir Salahov atası haqqında danışarkən demişdi…
Atası güllələndə Tahirin cəmi 9 yaşı vardı… Və o, doyunca ata qayğısı görə bilmədi… O, bu itkidən nə qədər sarsılsa da, öz yolunda irəliləməkdən dayanmadı.

Evdar qadın olan anası Sona xanım beş uşaqla təkcə qalmışdı. Böyük qardaşı Sabirin 11, ortancıl qardaşı Mahirin 10, özünün 9, kiçik bacısı Zərifənin 5 yaşı, körpə Leylanın isə cəmi 2 ayı var idi…

“Anam bizi – 5 uşağı təkbaşına çətinliklə böyütdü. İyirmi il ərzində bizim evə heç bir kəs gəlmədi, təbii ki, hamı “xalq düşməni”nin ailəsinə baş çəkməkdən qorxurdu. Heç kim bizə əl uzatmağa cürət etmirdi. Biz, uşaqlar təcrid olunmuş şəraitdə böyüyürdük…

…Yadımdadır, atam tutulmazdan öncələr gümüş mürəkkəbqabının altına bir rubl  qoyub deyirdi: “Hə, bu gün Çapayevi kim yaxşı çəkəcək?”. O, yatırdı, biz isə çalışırdıq. Bəlkə də bu kiçik müsabiqələr bizi rəssam etdi…”.

Ailə çox ağır günlər keçirirdi… Ətrafdakılardan hər addımda “xalq düşməninin ailəsi” kimi  tənələr görən Salahovların vəziyyəti gerçəkdən çətin idi. 1942-ci ildə beş uşaq anası Sona xanım “Bakı fəhləsi” zavoduna işə düzəldi.. Amma iki il sonra xəstələnərək işləyə bilmədiyindən zavoddan çıxdı. Daha sonra Dağüstü parkda təmizlik baxıcısı işinə düzəldi.

“Xalq düşməni” kimi güllələnmiş Teymur Salahova yalnız 1956-ci ildə ona qarşı ittihamın “cinayət tərkibi olmadığına” görə bəraət verildi.
Ardı var…

Daha ətraflı bax, avropaninsesi.com:

Azərbaycanın xalq rəssamı Tahir Salahovun 90 yaşı tamam oldu – 29 noyabr 2018 – Vidieo – Paris
https://avropaninsesi.com/az%C9%99rbaycanin-xalq-r%C9%99ssami-tahir-salahovun-90-yasi-tamam-oldu-29-noyabr-2018-vidieo-paris/
L’exposition de Tahir Salahov sera organisée en France.
https://avropaninsesi.com/lexposition-de-tahir-salahov-sera-organisee-en-france/
Xalq rəssamı Tahir Salahov: “Azərbaycan Beynəlxalq Universiteti dünyanın ən yaxşı universitetidir…” – video – ABU
https://avropaninsesi.com/fransanin-r%C9%99ssamliq-akademiyasinin-vitse-prezidenti-ssri-xalq-r%C9%99ssami-tahir-salahov-az%C9%99rbaycan-beyn%C9%99lxalq-universiteti-dunyanin-%C9%99n-yaxsi-universitetidir-video/
Xalq rəssamı Tahir Salahov Azərbaycan Beynəlxalq Univesitetində – video
https://avropaninsesi.com/xalq-r%C9%99ssami-tahir-salahov-az%C9%99rbaycan-beyn%C9%99lxalq-univesiteti-2/
Azərbaycanın xalq rəssamı Tahir Salahovun 89 yaşı tamam oldu: O, Fransanın “Şərəf Legionu” ordeninin zabit dərəcəsi ilə təltif edilib – 29 noyabr 2017
https://avropaninsesi.com/az%C9%99rbaycanin-xalq-r%C9%99ssami-tahir-salahovun-89-yasi-tamam-oldu-o-fransanin-s%C9%99r%C9%99f-legionu-ordeninin-zabit-d%C9%99r%C9%99c%C9%99si-il%C9%99-t%C9%99ltif-edilib-29-noyabr-2017/
Dünya şöhrətli Azərbaycanlı Rəssam Tahir Salahovu 88-ci ildönümü münasibəilə təbrik edirəm: Dövlət və elm xadimlərinin Prezidentə müraciəti ! – Elşad Abdullayev, Paris
https://avropaninsesi.com/dunya-sohr%C9%99tli-az%C9%99rbaycanli-r%C9%99ssam-tahir-salahovu-88-ci-ildonumu-munasib%C9%99il%C9%99-t%C9%99brik-edir%C9%99m-dovl%C9%99t-v%C9%99-elm-xadiml%C9%99rinin-prezident%C9%99-muraci/
Bu gün Fransanın Rəssamlıq Akademiyasının Vitse Prezidenti, Farnsanın Fəxri Legioneri , SSRİ Xalq rəssamı , görkəmli Azərbaycan Xalq rəssamı Tahir Salahovn 88-ci ildönümüdü . Təbrik edirik !!! – video & foto -ABU Məzunları – Fransa, Paris
https://avropaninsesi.com/bu-gun-fransanin-r%C9%99ssamliq-akademiyasinin-vitse-prezidenti-farnsanin-f%C9%99xri-legioneri-ssri-xalq-r%C9%99ssami-gork%C9%99mli-az%C9%99rbaycan-r%C9%99ssami-tahir-salhovn-88-ci-ildonumudu-t/
Zirvədəki Tahir Salahov – Cəmil Həsənli…
https://avropaninsesi.com/zirv%C9%99d%C9%99ki-tahir-salahov-c%C9%99mil-h%C9%99s%C9%99nli/
Tahir Salahov HEYATINDAN. Tahir Salakhov. Портреты. Portret. – video
https://avropaninsesi.com/tahir-salahov-heyatindan-tahir-salakhov-%D0%BF%D0%BE%D1%80%D1%82%D1%80%D0%B5%D1%82%D1%8B-portret-video/
Ulduz, Fransa, Paris, 29 noyabr 2020
www.avropaninsesi.com
info@avropaninsesi.com

 

 

Print Friendly, PDF & Email